Özünü İmam Əlinin nökəri hesab edən dahi

23.01.2016 | 6524 dəfə oxunub

Zinəddinin valideynləri Əlcəzairdən Fransaya üz tutan immiqrantlar olub. 1953- ildə Əlcəzairdəki müharibə üzündən Parisə gedən ailə ötən əsrin 60- illərində Marsel yaxınlığındakı La-Kastellan şəhərciyinə köç ediblər. Zinəddin 1972-ci il iyunun 23- burada dünyaya gəlib. O, ailənin sonbeşiyidi. Zinəddinə qədər ailədə 4 uşaq böyüyürdü - bacısı Lila, qardaşları Camel, Farid Nordin. Ailə başçısı univermaqda anbardar, anası isə evdar qadın idi. Evləri o qədər kiçik idi ki, ailə üzvləri yemək üçün masa arxasına növbə ilə keçirdilər. Zidanın atasının daimi işi olduğundan ailə məhəllədə normal yaşayan tək-tük ailədən biri idi. Zinəddinin böyüdüyü rayon cinayətkarların işsizlrin ən çox məskunlaşdığı yer kimi məşhur idi.

 

Futbola gəlişi

Uşaq ikən futboldan başqa dzü-do ilə məşğul olan qəhrəmanımızın bu idman növündəyaşıl kəmər"i var. Zidan hətta skeytbordinq velosiped idmanını dadadmışdı". Lakin futbola olan həvəs hər şeyi üstələyirdi. O, futbolla ilk dəfə əksər uşaqlar kimi məhəllədətanış olmuşdu". Anası həmin günləri belə xatırlayır: “7 yaşı olanda məktəbdən evə qayıdan kimi çantasını atıb qardaşları ilə evimizin yaxınlığındakı stadiona qaçırdı. Onu evə qaytarmaq çox çətin idi. Evdə dinc dayanmırdı. Onun ucbatından aldığımız çilçıraqların sayını xatırlamıram..."

10 yaşında futbolçu lisenziyası aldıqdan sonra yerliSen Anri" klubuna üzv yazıldı. İlyarım sonra o, “Setem-le-Vallon"a keçdi 14 yaşına kimi bu komandada çıxış etdi. 14 yaşında ikən Fransa Futbol Federasiyasının nəzarəti altında fəaliyyət göstərən idman institutlarının birində baxışdan keçdikdən sonraKanın skautları Zidanı gözaltı etdilər. Ailənin böyük olması, xərclərin çoxluğu ZinəddininKana gedən yolunu açdı. Klub nümayəndələri onun atasını inandıra bildilər ki, əgər oğluKana keçsə, daha yaxşı şərtlər altında yaşayacaq təhsil alacaq. Beləliklə, 1987-ci ildə Zidan ilk peşəkar müqaviləsinə imza atdı.

 

KanBordo"

Burada o, Elino ailəsində qalırdı. Məşqlərə gedib-gəlmək üçün ona xüsusi avtomobil ayrılmışdı. Elinolar ailəsində Zidanla daha bir futbolçu yaşayırdı - Amadey Arno. Zinəddin, Amadey ailənin kiçik oğlu çox tez dostlaşmışdılar. İndiyə kimi Elinolar ailəsi çox uşaq himayəyə götürüb. Əminliklə demək olar ki, Zinəddin onların yadında əbədi qalacaq. Gənclər komandası ilə tez-tez səfərlərə çıxan Zidan ailə üzvləri üçün həmişə hədiyyələr gətirirdi.

Jan FernandesKana baş məşqçi təyin olunduqdan sonra Zidan əsas komandaya cəlb edildi. 1989-cu il mayın 20- o, əsas komandada debüt oyununa çıxdı. Gələcəyin ulduzuNant"la oyunun 78-ci dəqiqəsində Martensi əvəzləmişdi. Rəqibin heyətində Didye Deşam, Marsel Desai kimi gələcək ulduzlar çıxış edirdilər. Sonralar ilk oyunun xatırlayan Zidan 15 dəqiqə ərzində topa cəmi 3 dəfə toxunduğunu deyirdi: “Özümü heç vaxt o qədər xoşbəxt hiss etməmişdim. Axı, ulduzlarla, kumirlərimlə birgə oynayırdım. 15 dəqiqəyə 5 min frank qazandım. Bu, əvvəlki məvacibimdən 6 dəfə çox idi...”

Maraqlıdır ki, Zidan Liqa-1- ilk qolunu da məhzNant"ın qapısından keçirib (8 fevral, 1991-ci il). 1991/92-ci illər mövsümündə yaşının az olmasına baxmayaraqZizu" komandanın əsas heyət oyunçusu idi. Həmin mövsümKanüçün uğursuz oldu komanda aşağı dəstəyə düşdü. Liqa-2- 1 mövsüm keçirdikdən sonra Zidanın komandası yenidən Liqa-1-ə qayıda bildi. Az sonra 19 yaşlı ZidanBordo"ya keçdi.

1992-ci ildə bütün Fransa demək olar ki, Zidandan danışırdı. “Bordo"nun çalışdırıcısı Rollan Kurbis Zidanı komandasına gətirmək üçün çox əziyyət çəkmişdi. Zinəddinin yaxın dostları Biksant Lizarazyü Kristof Düqarri Bordo"da idilər. Bu mənada onun yeni kollektivə alışmasında problem yaranmadı. Fransanın ən yaxşı komandalarından biri olanBordo" yeni mövsümə debütant kimi başlayırdı. Çünki 1 il əvvəl komanda maliyyə saxtakarlığına görə aşağı liqaya göndərilmişdi. Mövsümün ilk 11 turundan sonra 8-ci pillədə qərarlaşanBordo" mövsümün sonunda liderlər qrupuna düşməyi bacardı. Liderdən 3 xal geri qalan komanda son turda PSJ- 0:5 hesabı ilə məğlub olmaqla 4- yerlə UEFA Kubokunda iştirak etmək üçün vəsiqə qazandı. Zidan isə 10 qolla komandanın bombardiri oldu.

Növbəti mövsüm həm komanda həm Zidan daha da uğurlu çıxış etməyə başladı. 1996- ilin yayına kimiBordo"nun şərəfini qoruyan Zidan az sonra daha yüksək zirvələrə qədəm qoyacaqdı.

 

Yuventus"

ZidanınBordo"da sərgilədiyi oyun Avropanın aparıcı futbol klublarının diqqətindən yayına bilməzdi. 1996- ildə ZidanYuventus"a transfer edildi. Zidanın gəlişinə kimiYuve" Çempionlar Kubokunu qazanmışdı. Belə komanda Qitələrarası Kubok yarışında iştirak etməli idi. ZidanlıYuve" həmin turnirin qalibi oldu. Bu kubok Zidanın ilk samballı uğuru idi. Az sonra isə Turin təmsilçisi Avropa Superkuboku uğrunda oyunda PSJ-ni üstələdi. 1997 1998-ci illərdəYuventus" 2 dəfə A Seriyasının qalibi oldu, 1 dəfə isə ölkə suberkubokuna yiyələndi. “Yuventus"un bu uğurlarında Zidanın əməyi böyük idi. Bu üzdən 1998-ci ildə onun Avropanın ən yaxşı futbolçusu adını qazanması ədalətli idi. 1998-ci ildə Fransanın dünya çempionu olmasından sonra isə, ilin sonunda o, dünyanın ən yaxşısı adına layiq görüldü.

2001-ci ilin yayında yayılan xəbər çoxları üçün gözlənilməz oldu. ZidanReal"a keçəcəyi ilə bağlı informasiyanı təsdiq etdi. Halbuki onunYuve" ilə 4 illik müqaviləsi var idi. 75 milyon avro qarşılığında Madrid klubuna keçən Zidan dünyanın ən bahalı futbolçularından biri kimi tarixə düşdü.

 

Real"

ZidanınReal" karyerası heç yaxşı başlamamışdı. Fransız futbolçu yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirdi. O uzun müddət əvvəlki oyununu axtarsa da, nəticə yox idi. Doğrudur, ilk oyunlarda vurduğu qollarla bir ara çempionatın bombardirləri arasında yer alsa da, Zidan, komandası baxımlı oyun sərgiləmirdi. Yekunda əlacsız qalan baş məşqçi Visente del Boske Zidana görəReal"ın oyun sxemini dəyişməli oldu. Nəhayət, 2001-ci ilin sonlarında axtarışlar yekunlaşdı Real" adına layiq futbol göstərməyə başladı. 2002-ci ilin əvvəlində isə azarkeşlər əvvəlki Zidanı görməyə başladılar. 2001/02-ci illər mövsümündə Çempionlar Liqasının finalındaBayer"in (Leverkuzen) qapısından fantastik qol keçirən Zidan komandasına həm qələbə, həm kubok qazandırdı. Növbəti il İspaniya çempionluğunu qazananReal"ın liderlərindən biri Zidan idi. Həmin vaxt Zizu ilə yanaşıKral klubu"nda Fiqu, Ronaldo, Bekhem, Roberto Karlos, Raul, Kasilyas kimi ulduzlar çıxış edirdi. Qəhrəmanımız 2006- ildəReal"da peşəkar klub karyerasına son qoydu.

 

Milli

Zidan 1994- il avqustun 17- millidə ilk oyununa çıxıb. Debüt möhtəşəm alınıb. Çexiya ilə yoldaşlıq oyununda sonradan oyuna qoşulan Zizu vurduğu 2 qolla komandasını məğlubiyyətdən xilas edib. Bundan sonra yığmaya mütəmadi dəvət alan Zidan Fransanın 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olmasında böyük pay sahibi olub. Onun mundialın finalında Braziliyanın qapısından başla keçirdiyi 2 qol azarkeşlərin yadında yaxşı qalıb. 2006- ildəki mundialın finalı İtaliyanın dünya çempionu olmağı ilə bərabər Zidanın peşəkar futbolçu karyerasını bitirməsi ilə yadda qaldı. Oyunun gedişində qol vuran Zidan 2 mundialın finalında qol vuran sayca 4- futbolçu oldu. Matçın sonlarına yaxın isə rəqib futbolçu Marko Materatsi ilə aralarında yaranan mübahisə Zidanın italiyalıyakəllə atması" ilə yadda qaldı meydandan qovuldu. Buna baxmayaraq o, mundialın ən yaxşı futbolçusu seçildi. Dünya çempionatından az sonra Zidan karyerasını bitirdiyini açıqladı.

 

Məşqçi karyerası

2009-cu il iyunun 1- Zidan seçkilərdə dəstəklədiyiReal"ın prezidenti Florentino Peresin köməkçisi təyin olundu. 2010-cu il noyabrın 12- isə klub prezidentinin məsləhətçisi vəzifəsinin icrasına başladı. 2011-ci il iyulun 8-Real"ın idman direktoru olduqdan sonra idman meneceri diplomu almaq üçün təhsilini davam etdirdi Limoj Universitetinə qəbul olundu. 2012-ci ilin sentyabrında idman direktorluğundan gedən Zidan klubun Futbol Akademiyasında məşqçiliyə başladı. 2014- ilin əvvəlində 2 illik təhsilini başa vuran məşqçi həmin ilin yayındaReal Kastilla"ya baş məşqçi təyin olundu. Bu ilin yanvarında isəReal"ın baş məşqçisi postuna gətirildi.

Maraqlı faktlar

Parisdə Zidanın Materatsiyə kəllə vurmasını özündə əks etdirn heykəl var.

üTanınmış idman jurnalisti Enrike Orteqa Zinəddin Zidan haqdaZidan, sadə qəhrəmanın zərifliyi" adlanan kitab yazıb. Kitabda əfsanəvi futbolçunun həyatı, peşəkar karyerasından bəhs edilir.

üMarko Materatsi 2007-ci ilin avqustunda fransalını təxribata çəkdiyini etiraf edib. Zidanın bacısını təhqir edən müdafiəçi, hadisə ilə bağlı kitab da yazıb. “Əslində mən Zidana dedim" adlanan kitabda onun Zidanla dialoqu 249 variantda verilib.

üZidan milliyətcə ərəbdir. İslam dininə etiqad edir. O, müsahibələrinin birində özünü İmam Əlinin (ə) nökəri adlandırıb.

üYuventus" ZidanıBordo"dan 3 milyon avroya alıbReal"a 75 milyon avroya satıb.

üFutbol oynadığı vaxt basketbolçu Toni Parkerdən sonra ən çox qazanan fransız idmançı idi.

ü2001-ci ildən BMT-nin xoş məramlı səfiri olan Zidan indiyə kimi xeyriyyə məqsədilə milyonlarla dollar vəsait xərcləyib.

Ən böyük arzusu vaxtsa Fransa yığmasını çalışdırmaqdı.

Ailəsi

Veronika Fernandes ilə 1989-cu ildə Kanda tanış olublar. Veronika əslən Andalusiyadandır. O vaxt ZinəddinKanın futbolçusu idi, Vera isə balet məktəbində təhsil alırdı. 1994- il mayın 29-da onlar nikaha giriblər. Cütlüyün 4 övladı var - Enso (1995), Luka (1998), Elyas (2002) Teo (2005). Enso hazırdaReal"ınC" komandasında çıxış edir, yarımmüdafiəçidir. Luka da qardaşı kimiReal"ın futbolçusudur. Qapıçılığı seçən Luka Fransanın U-17 yığmasının üzvüdür. Elyas Teo da futbolla məşğul olurlar.

Uğurları

Bordo”: İntertoto Kuboku (1995)

Yuventus”: 2 dəfə İtaliya çempionu (1996/97, 1997/98),

UEFA Superkuboku (1996), Qitələrarası Kubok (1997), İtaliya Superkuboku (1997)

Real": İspaniya çempionu (2002/03), 2 dəfə İspaniya Superkubokunun qalibi  (2001, 2003), Çempionlar Liqası qalibi (2002),  UEFA Superkuboku (2002), Qitələrarası Kubok (2002)

Milli: Dünya (1998) Avropa (2000) çempionu, Dünya çempionatında 2-ci yer (2006), Avropa çempionatının bürünc mükafatçısı (1996), 2 dəfə Kral Hassan Kubokunun qalibi (1998, 2000).

Şəxsi: FİFA-nın versiyasına görə 3 dəfə (1998, 2000, 2003) dünyanın ən yaxşı futbolçusu, Avropanın ən yaxşı futbolçusu (1998), mundialın ən yaxşı futbolçusu (2006)... Ümumiyyətlə, Zidanın kolleksiyasında irili-xırdalı 30-a yaxış mükafat  var. Onların arasında Fransa Əlcəzair dövlətlərinin ordenləri yer alıb.

Hazırladı: AZƏR

Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail