Vüqar Nadirov: "İnter”də maliyə məsələsi məni narahat etmir"

28.01.2016 | 3040 dəfə oxunub

"İnter”in yeni transferi Vüqar Nadirov saytımıza açıqlama verib. Stadium.Az xəbər verir ki, Vüqar komandasının Antalya toplanışını dəyərləndirib, yeni heyətə uyğunlaşmasından və çempionatdakı iddialarından danışıb:

"Antalyada toplanışımız yaxşı keçdi. Hər şey öz qaydasındaydı. "İnter”ə uyğunlaşmağım bir qədər zaman ala bilər. Çünki yarım 

ildir futbol oynamıram. Ancaq formaya düşmək üçüm əlimdən gələni edirəm. İnanıram ki, çempionatda da əvvəlki oyunlarımı oynaya biləcəm. Bunun üçün də Antalyada əlimdən gələni etmişəm. Dediyim ki, uyğunlaşmada çətinlik yaşaya bilərəm, çünki burda taktika başqadı. Ancaq bunun da öhdəsindən gəlməyə çalışacam.

Məncə heyət baxımından kifayət qədər güclənmişik. Öz oynumuzu oynaya bilsək, çempionluq üçün mübarizə apara bilərik. 

Çünki indi lider "Qarabağ”la aramızda cəmi 8 xal fərq var. Və nəzərə də almaq lazımdır ki, iki oyun da elə "Qarabağ”la oynayacağıq. Yəni çempion olmaq şansızmız var. Ancaq bizi çox çətin oyunlar gözləyir. İndi bəzi komandalar zəifləyib, 

ancaq bu amil oyunların asan keçəcəyini söyləməyə əsas vermir. İndi "Qarabağ”, "Qəbələ”, "Zirə” kimi güclü komandalar var. Heç kim "Neftçi”, "Kəpəz”, AZAL-ı da hesabdan silməsin. Bütün oyunlar çətin keçəcək.

"İnter”də maliyə məsələsi məni o qədər də narahat etmir. Çünki mən bura futbol oynamağa gəlmişəm. İnanıram ki, burda mənim üçün daha yaxşı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail