Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Bakıya gələcək

29.01.2016 | 2297 dəfə oxunub

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün 7-10 fevral tarixlərində Bakıda səfərdə olacaq.

Stadium.Az xəbər verir ki, onu beynəlxalq paralimpiya hərəkatının 7 nəfər görkəmli şəxslərindən biri, Paralimpik Ordeninin mükafatçısı, Böyük Britaniya Paralimpiya Assosiyasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi müşayət edəcək.

Səfər müddətində Ser F. Kreven yubiley tədbirlərində iştirak etməklə yanaşı, bir sıra rəsmi görüşlər keçirəcək. O, Milli Paralimpiya Komitəsinin və Uşaq Paralimpiya Komitəsinin idmançıları və məşqçi heyəti ilə də görüşəcək.

Ser Filip Kreven 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti, 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Benəlxalq “Ədalətli Oyunlar” Komitəsinin administrativ üzvüdür. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqlarının fəxri cəngavər-bakalavrıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail