Cüdo millimizdən ilk gündə iki medal

30.01.2016 | 2651 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışlarına start verilib. Stadium.az xəbər evrir ki, mötəbər turnirin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimiz aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə yarımfinala gedən yolda avstriyalı Stefan Mosera, perulu Xuan Postiqa və Belarus təmsilçisi Arif Bağırova qalib gəlib. Yarımfinalda isə Vəlizadənin rəqibi komanda yoldaşı Elburus Zamanov olub. Zamanov bu bu mərhələyə qədər Mərakeş idmançısı Yasin Mutadir, çernoqoriyalı Vuka Nikçeviç və İsrail cüdoçusu Yoava Şemeş üzərində qələbə qazanıb. Yarımfinalda baş tutan Azərbaycan duelinin qalibi Elburus Zamanov olub. Təsəlliverici görüşə qatılan Vəlizadə Rusiya idmançısı Səxavət Hacıyevə məğlub olaraq 5-ci olub. Uğurlu çıxışını davam etdirən Zamanov isə  finalda italiyalı Elios Mansiyə qalib gələrək Avropa kubokunu qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadənin çıxışı da uğurlu alınıb. Yarımfinala qədər macar Bensa Zambori,sloveniyalı Rok Plesnik və gürcüstanlı Mindia Liluaşviliyə qalib gəlsə də, bu mərhələdə Belarus təmsilçisi Dmitriyu Şerşana məğlub olub. Lakin bürünc medal uğrunda görüşdə daha bir gürcüstanlı idmançı Qela Kelixaşviliyə qalib gəlib.

48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ayşə Qurbanlı ilk qarşılaşmasında belçikalı Annu-Sofi Yuranı məğlub edərək 1/4 finala yüksəlib. Lakin Rusiyalı cüdoçu Kristina Rumyantsevaya məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. İlk görüşündə sloveniyalı KristinaVrsiçə qalib gəlsə də, ikinci qarşılaşmasında israilli Noe Minskerə uduzaraq 5-ci olub.

Digər cüdoçularımız - Fəqan Quluzadə, Vüqar Bayramov, İsmayıl Piriyev (hər üçü 73 kq), Vüqar Şirinli Davud Məmmədsoy (hər ikisi  60 kq), Xanım Hüseynova və Validə Mirzəzadə (hər ikisi 63 kq), Şəhanə Alməmmədova (57 kq) mübarizəni erkən dayandırıb.

Millimizin 19 cüdoçu ilə təmsil olunduğu yarışlara sabah yekub vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail