Vaqif Cavadov: "Pis oynadıq"

31.01.2016 | 3110 dəfə oxunub

“Sumqayıt” ötən gün Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Neftçi”yə bir cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra Sumqayıt klubunun yeni transferi – hücumçu Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb:

"Məğlubiyyətə baxmayaraq, oyunumuz yaxşı alındı. Hər iki komanda qələbə üçün  oynayırdı. "Sumqayıt"da ilk oyunum olduğundan mənə çətin idi. İnanıram ki, bu matçdan sonra oyunumuz daha da yaxşılaşacaq.

Yaxşı qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Heç zaman öz oyunum barədə danışmamışam, bu gün də danışmayacam.

Sadəcə, daha çox çalışmaq lazımdır. İlk on dəqiqədə pis oynadıq, sonradan yaxşı oynadıq. Eyni ilə ikinci hissədə də belə oldu. Meydanda aqressiv olmağımın səbəbi məğlub olmaq istəməməyimdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail