"Neftçi"nin baş məşqçisi "Topaz" işlədir

01.02.2016 | 3112 dəfə oxunub

Son dövrlər "Neftçi" intiriqaların baş alıb getdiyi kluba çevirilib. Yeni rəhbərliklə arzularına qovuşacağı gözlənilən klub az qala hər gün bir qalmaqalla çalxalanır. 

Stadium.Az xəbər verir ki, paytaxt klubunda baş verənlərlə bağlı yeni məlumatlar var. Bu barədə redaksiyamıza kluba yaxın mənbə məlumat verib.

Bu dəfəki qalmaqalın mərkəzində "Neftçi"nin icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev və U-17 komandasının baş məşqçisi Elşad Əhmədov dayanır.

Məlumat üçün qeyd edək ki, Sadıq Sadıqovun vaxtında iki dəfə əvəzedici komandanın baş məşqçisi vəzifəsini tutan Elşad Əhmədov keçmiş prezidentin qərarı ilə postundan kənarlaşdırılmışdı. Sonuncu dəfə ardıcıl 8 oyunda qələbəyə həsrət qalan komandanın baş məşqçisi Zaqatalada "Simurq"la oyundan sonra düşən davanın da iştirakçısına çevirilmişdi. Bundan sonra Sadıq Sadıqovun qərarı ilə işdən kənarlaşdırılmışdı.

Keçmiş prezidentin gedişindən sonra Elşad Əhmədov yenidən "Neftçi"də peyda oldu. Bu barədə məlumat verən mənbə bildirilir ki, Mübariz Xudiyev klubda himayə etdiyi iki nəfərdən biri (müavinin himayə etdiyi digər şəxsin Vitali Kovalyov olduğu bildirilir) olan Elşad Əhmədovu Çingiz Abdullayevin qəbuluna apararaq ona yenidən vəzifə verilməsinə nail olub. İcraçı direktorun müavini Müşahidə Şurasının sədrinə onun Sadıq Sadıqov tərəfindən haqsız yerə işdən çıxarıldığını bildirərək U-17-nin baş məşqçi postuna təyin edilməsinə nail ola bilib.


Mənbə bildirir ki, "Neftçi"də Elşad Əhmədovun başçılıq etdiyi komandaya xüsusi diqqət var. Belə ki, qış fasiləsində klubun digər aşağı yaş qrupları üçün təlim-məşq toplanışı keçirilmədiyi halda, U-17 üçün yüksək səviyyəli toplanış təşkil olunub. Bundan başqa komandanın üzvlərinə hər gün banan, şokalad və digər qüvvətləndirici qidalar klub tərəfindən verilir. Halbuki, "Neftçi"nin digər komandaları bu nemətlərdən məhrum edilib. U-17-yə bu diqqətin səbəbi məlum deyil. Bəs klubun digər aşağı yaş qrupları üzrə komandalarına eyni diqqət niyə göstərilmir? Məgər həmin komandalarda oynayan yeniyetmə futbolçuların bunlara ehtiyacı yoxdu?

Elşad Əhmədovla bağlı başqa bir maraqlı məlumat əldə etmişik. Məlumatda bildirilir ki, baş məşqçi Bakıda "Topaz" məntəqəsi işlədir. Onun klubdan kənarda hansı işlə məşğul olması bizi maraqlandırmır. Amma "Neftçi" rəhbərliyinin buna münasibəti maraqlıdı. Belə ki, bir müddət əvvəl "Neftçi"nin Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov "Topaz" məntəqəsində çəkilən şəkilinə görə klubdan kənarlaşdırılıb. Amma klub rəhbərliyi "Topaz" məntəqəsi işlədən Elşad Əhmədova qarşı eyni addımı atmır. Bu ayrıseçkiliyin səbəbi yuxarıda da qeyd etdiyimiz kimi onun Mübariz Xudiyev kimi himayəçisinin olmasıdı. (fanat.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail