AZAL-a və futbolçusuna şad xəbər

02.02.2016 | 2822 dəfə oxunub

Xərçəng xəstəliyi aşkarlanan Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevin müayinəsinin nəticəsi məlum olub.

Stadium.Az xəbər verir ki, komandanın həkimi Sədrəddin Məmmədov Onkoloji Dispanserdə keçirilən müayinənin nəticəsinin müsbət olduğunu deyib.

Onun sözlərinə görə, futbolçunun dirsəyində olan şiş xoş xassəlidir: "Müayinədən sonra məlum oldu ki, şiş xoş xassəlidir. Müalicəsi davam etdirilir. Ancaq nə vaxt meydana qayıdacağı bilinmir. Son turda "Qarabağ"la oyuna özü də gəlmişdi. Dedi ki, özümü yaxşı hiss edirəm. Rüfət ailənin tək övladıdır, bu səbəbdən də ona dəstək lazımdır".

R.Musayev AZAL-a "Neftçala"dan transfer edilib. Bir neçə gün əvvəl futbolçunun dirsəyində şiş aşkarlanıb və xərçəng xəstəliyi olduğu məlum olub. Report



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail