Formula 1 Avropa qran prisinin Könüllülər Mərkəzi istifadəyə verildi

03.02.2016 | 2795 dəfə oxunub

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək “2016 FORMULA 1 GRAND PRIX OF EUROPE” (Avropa Qran Prisi) yarışının Könüllülər Proqramında iştirak etmək istəyən könüllülərin seçimi və təlimi prosesinin aparılacağı mərkəzi fevralın 2-də istifadəyə verdi. Mərkəzin açılışında çıxış edən Gənclər və İdman Naziri cənab Azad Rəhimov könüllülük fəaliyyəti haqqında danışdı:

“Bu ilin yayında Bakıda ilk dəfə baş tutacaq Formula 1 yarışında könüllü olmaq, ümumdünya miqyaslı avtoidman yarışında yaxından iştirak etmək istəyənlər üçün əla fürsətdir. Bildiyiniz kimi, biz Avropada yerləşən ən gənc nüfuza malik ölkələrdən biriyik və bu yarışda könüllü olmaq bizim gənclərin Azərbaycanın idman tarixinə öz töhfəsini vermək baxımından onlar üçün əvəzolunmaz imkan yaradır".

Bakı Şəhər Halqası, Formula 1 üzrə Dünya Çempionatının 2016-cı il mövsümünün sayca 8-ci yarışı olan Avropa Qran Prisinin keçirilməsində yaxından iştirak edərək bu uğurda tarix yazmaq istəyən könüllüləri proqrama qoşulmağa dəvət edir.

Əməliyyat şirkəti 17-19 iyun 2016-cı il tarixlərində keçiriləcək yarışa qatılmaq istəyən fəal və özünəinamlı gəncləri Könüllülük Proqramında görməkdən böyük məmnunluq duyur. Məlum olduğu kimi, Könüllülük Proqramına, yarışa tam 6 ayın qaldığı bir vaxtda, 19 dekabr 2015-ci il tarixində start verildi və həmin gündən etibarən proqrama qoşulmaq istəyən könüllülərin sayı hər ötən gün sürətlə artmaqdadır. Proqramda iştirak etmək istəyənlər https://www.bakucitycircuit.com/az/konullulr internet səhifəsi vasitəsilə müraciət edə bilərlər.

SIAR Araşdırma və Konsaltinq Şirkətinin 2015-ci ildə Azərbaycanda 1001 respondent arasında üz-üzə keçirdiyi sorğunun nəticələrinə görə, ölkə əhalisinin 70%-dən çoxu hesab edir ki, könüllülər, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsində böyük rol oynayacaq bu möhtəşəm idman tədbirinin keçirilməsində əhəmiyyətli rola sahibdirlər. Bununla yanaşı, sorğuda iştirak edən paytaxt sakinlərinin yarısı bu yay Bakıda keçiriləcək Formula 1 yarışında könüllü olmaq istəyir və onların əksəriyyətinin yaşı 34-dən azdır.

Qeyd edək ki, Bakı Şəhər Halqası, bu ilin iyun ayında Azərbaycanda ilk dəfə baş tutacaq Avropa Qran Prisinə ümumilikdə 5 min nəfər könüllü cəlb edəcək. Ən uygun namizədlərin seçilməsi üçün Könüllülər Mərkəzində hər gün yüzlərlə intervyunun keçirilməsi nəzərdə tutulub. İndiyədək 7 minə yaxın şəxs onlayn olaraq Könüllülər Proqramına qeydiyyatdan keçib. Seçim prosesindən uğurla keçən namizədlər yarış ərəfəsində qonaqların və yüksək rütbəli rəsmilərin qarşılanması, tamaşaçı və media əməliyyatlarına dəstək və bunun kimi bir sıra digər zəruri rolları icra edəcəklər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail