Kapitan azarkeşləri saymır, yoxsa futbolçular onu?

03.02.2016 | 5992 dəfə oxunub

Ölkəmizdə azarkeşlərlə futbolçular arasında olan bağlılığın heç də istənilən səviyyədə olmadığı məlum məsələdir. Nə qədər qəribə səslənsə də, bu məsələdə ən böyük problem Qarabağ və onun azarkeşləri arasındadır. Adətən uğur olanda bu kimi problemlər az olur,o baxımdan qəribə səsləndiyin nəzərdə tuturam.

Qısası, dəfələrlə bu haqda yazılsa da, vəziyyət heç də dəyişənə oxşamır. Belə bədbin düşünməyim heç də əsasız deyil. Əsaslardan ən böyüyü isə, ölkəmizdə böyük nüfüz qazanmış, hətta çoxları üçün ən böyük kapitan ləqəbi almış Rəşad Sadıqovdur. Bir müddət öncə Avropa Liqasının "Anderlext"lə səfər oyunundan sonra "İmarət Avropa"nın komandanı yanına çağırmasına baxmayaraq, futbolçular saymazyana şəkildə paltardəyişmə otağına yollanmışdılar. Elə həmin ərəfədə Azərbaycan kuboku çərçivəsində keçirilən "Qarabağ" - "Şəmkir" oyununda da, oxşar hal yaşanmışdı. Hətta "Şəmkir"lə oyunda "Qarabağ" azarkeşləri futbolçulara sərt təpki də göstərmişdilər. Belə ki, öz sevimliləri yanlarına gəlməyincə "Şəmkir"li futbolçuları öz tribunalarına çağırmışdılar. "Şəmkir"li futbolçular isə bu jesti cavbsız qoymayaraq azarkeşlərə yaxınlaşıb alqışları ilə öz təşəkkürlərin bildirmişdilər. Bütün bu yaşananlarla bağlı kapıtanın mövqeyin öyrənməyə bilməzdik. Məsələ ilə bağlı Zirədə baş tutan "Zirə" - "Qarabağ" oyununun fasiləsində Rəşad Sadıqovla söhbətləşməyə qərar verdim. Bizimlə söhbətdə Rəşadda olanlar haqqında mətbuatda oxuduğunu və futbolçularla bu haqda danışacağını söz verdi. Söhbətimiz əsnasında "Qarabağ"a məğlubiyyətdən sonra "Anderlext" və "Yanq Boys" futbolçularının, az sayda olan azarkeşlərinin yanına getməsinidə, nümunəvi addım kimi Rəşada xatırlatdım. Hətta Rəşad bu qeydimə əsəbi halda cavab verərək, "dedim axi, qardaş, futbolçularla bu haqda danışacam" dedi. Rəşadın növbəti vədi isə  "İmarət"in "İlin yekunu" adlı tədbirində oldu. Belə ki,  tədbirdən sonra çox sayda "Qarabağ" sevərin arasında, növbəti dəfə futbolçularla danışacağını və birdə bu halların yaşanmayacağına söz verdi.

(Foto "İmarət"in keçirdiyi"İlin yekunu"adlı tədbirin sonunda, Rəşad söz verdiyi azarkeşlərin arasında çəkilib).

Artıq məsələnin müsbət həll olunacağına yəqinliyim yaranmışdı. Mənim də bu işdə azca rolum olacaqdırsa nə xoş mənə. Amma deyəsən, məsələ heç də göründüyü kimi deyil. Ya Rəşad Sadıqov azarkeşlərə və bizə saymamazlıq edir, ya da futbolçular kapitanın sözünə məhəl qoymur. Belə olmasaydı, verilən vədlərdən sonra növbəti dəfə bu hal yaşanmazdı. Növbəti dəfə dediyim hal isə Şuvalanda yaşandı. Hətta son turda Şuvalanda keçirilən AZAL Qarabağ oyunundan sonra vəziyyət öncəkilərdən daha da acınacaqlı olub. Belə ki, məğlubiyyətə rəğmən, sevimlilərini yanına çağıran azarkeşlər qarşılğında bir neçə futbolçunun uzaqdan əl sallamasına şahid olublar. Buna görədə 40-50 nəfər azarkeş oyundan sonra evə getmək əvəzinə, komandanın avtobusunun yanına yollanıblar. Kapitandan verilən sözün hesabın sormağa. Rəşad gözə görününcə, azarkeşlərlə onun arasında söz atışması başlayıb. Hətta Qarabağ fanatından biri fikirlərini daha sərt şəkildə kapitana çatdırıb. Həmin fanatla Rəşad arasında olan dialoqu oxuyub qərar verməyi sizin ixtiyarınıza buraxırıq.

- Rəşad tədbirdə hamının qabağında dediklərinlə elədiklərin üst üstə gəlmir, nə məsələdi?

- Necə bəyəm? (Donub qaldı)

- Orda bu qədər adamın qabağında söz vermişdin, indi də bu qədər adamın qabağında açıqlama ver

- Mən sənə açıqlama verməliyəm?

- Hə verməlisən, məcbursan. Hətta nəyinki mənə,  burda balacasından tutmuş böyüyünə qədər hamıya açıqlama verməlisən. Siz 90 dəqiqə stadionda əziyyət çəkirsizsə, bu uşaqlar da tribunada boğazların cırır. Axrıncı qəpiyini qoyub oyuna gələn , işindən , gücündən, dərsindən keçən hər bir adama açıqlama vermək məcburiyyətindəsən

- Bax, qardaşım, mən sizə söz vermişdim, düzdü. Amma bu oyun qanımız qara idi. Ona görə də üzrlü sayın. Gələn oyuna əminliklə deyə bilərəm ki,  oyunçuları tribuna önünə gətirəcəm.

- Kapitan, sizin qanıvız qaradısa, səhər tezdən Şüvəlana gələn azarkeşin qanı qara deyil?

- Başa düşürəm, gələn oyuna söz verirəm . Hər şey yaxşı olacaq. Sağ olun.

İndi gözləyək “Qarabağ”ın bu oyununu. Görək, nələr baş verəcək...


Xanoğlan İMANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail