Elbrus Məmmədov: "Mais müəllimin ən çox istədiyi futbolçular elə onlardı"

06.02.2016 | 4281 dəfə oxunub


“Xəzər Lənkəran” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “Qarabağ”a 3 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra Lənkəran klubunun baş məşqçisi Elbrus Məmmədov məğlubiyyəti belə şərh edib:

“Qarabağ”ı təbrik edirəm. Gözəl və baxımlı futbol nümayiş etdirdilər. Öz oyunumuza gəldikdə, çatışmazlıqlar çoxdu. Ən əsası da fiziki cəhətdən çox narazıyıq. Bu da ikinci hissənin sonlarında özünü göstərdi və yorğunluğun nəticəsində ardıcıl qollar buraxdıq. Elnurla Kamranın yeri təbii ki, görünür.


Mais müəllimin ən çox istədiyi futbolçular elə onlardı. Mən danışımışam, amma bir qədər anlaşmazlıq olub. Buna görə də bağışlamır. Qalıb klub prezidentinin humanistliyinə. Ola bilsin, onlar qarşıdakı günlərdə əvəzedici heyətə qayıtsınlar. Qarşıda “Neftçi”ylə çətin oyun var. Biz çalışacağıq bu oyunda qalib gələk. Qarşımıza qoyulan məqsəd ancaq döyüşkən komanda yaratmaqdır. Ola bilsin, bir neçə futbolçu da baxışdan keçirdik. Onlar yerlilərdən iki baş üstün olmalıdırlar ki, komandaya götürülsünlər”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail