"Qarabağ" rəsmisi Karl-Haynz Rummenigenin başçılıq etdiyi tədbirdə FOTOLAR

11.02.2016 | 3310 dəfə oxunub

Fevralın 8-9-da Fransanın paytaxtı Parisdə Avropa Klublar Assosiasiyasının (ECA) assambleyası keçirilib.

Stadium.Az xəbər verir ki, tədbirdə Azərbaycanı “Qarabağ”, “Neftçi” və “Xəzər Lənkəran” təmsil ediblər. Qurumun digər üzvü AZAL isə bu dəfə assambleyada iştirak etməyib.

Assambleyanı ECA-nın prezidenti Karl-Haynz Rummenige açaraq qurumun gördüyü işlərdən və gələcək faəliyyətindən danışıb. O qeyd edib ki, ECA FİFA prezidentliyinə seçkidə UEFA-nın baş katibi Canni İnfantinonun namizədliyini dəstəkləyir.

Mərasimdə Canni İnfantino özü də iştirak edib.

Assambleyada Çempionlar Liqasının və Avropa Liqasının formatı ilə bağlı müzakirələr aparılıb.

ECA-da Avropanın nəhəng klubları təmsil olunur. UEFA özünün maddi dəstək verdiyi bu qurumun tövsiyəsi əsasında klublararası yarışlarla bağlı qərarlar verir.

Qurumda Azərbaycandan səsvermə hüququna malik yeganə klub (92 klub arasında) "Qarabağ"dır. "Neftçi", "Xəzər Lənkəran" və AZAL isə assosiastiv üzvlərdir. 

"Qarabağ"ı bu tədbirdə klubun baş meneceri Asif Əsgərov təmsil edib.
















Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail