Tino Peres: "Bunu komandamız üçün üstünlük hesab edə bilərik"

12.02.2016 | 2629 dəfə oxunub

“Hollandiyanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik. Amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik”.

Stadium.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Peres deyib.

Bu gün Serbiyada dünya çempionatının pley-off mərhələsinin püşkatma mərsimi keçirilib. Yığmamız püşkün nəticəsinə əsasən, Hollandiya millisinə rəqib olub.

Tino Peres hollandlar barədə ətraflı məlumata malik olmadıqlarını söyləyib: “Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm. Birinci matçdan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”. 

Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 22-də və aprelin 12-də keçiriləcək. Kolumbiyada baş tutacaq final mərhələsi isə sentyabrın 14-dən oktyabrın 2-dək davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail