Sadıq Sadıqov: "Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur"

12.02.2016 | 2822 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında imzalanmış tərəfdaşlıq müqaviləsi barədə danışıb.

Stadium.Az xəbər verir ki, S.Sadıqov ACF-nin rəsmi saytına açıqlamasında bu anlaşmanın Azərbaycan cüdosunun inkişafına xidmət edəcəyini bildirib. 

O deyib ki, ötən ilin oktyabrında Fransanın paytaxtı Parisdə ACF və İJF rəhbərlərinin görüşündə və Marius Vizerin bu ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycanda cüdonun inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunub, SOCAR-la İJF arasında 4 illik tərəfdaşlıq müqaviləsi imzalanması haqqında razılıq əldə edilib: "Bu il Olimpiya ili sayılır və bu dövr ərzində İJF-nin xüsusi inkişaf proqramı mövcuddur. İmzalanan tərəfdaşlıq müqaviləsi də bizə həmin proqram çərçivəsində ölkəmiz üçün müxtəlif layihələrin həyata keçirilməsi imkanı yaradacaq. İJF tərəfindən azərbaycanlı məşqçi və hakimlər üçün seminarlar təşkil olunacaq”. 

ACF rəsmisi həmin layihələrin nədən ibarət olduğunu da açıqlayıb: “Həmin layihələrdə Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur. Cüdo məktəblərinin və digər infrastrukturların yaradılması, fəaliyyətdə olan məktəblərin və seksiyaların inventarlarla təchiz olunması, metodik vasitələr və yardımlar da nəzərdə tutulub. Bütün bunlar isə yeni istedadların üzə çıxmasına və Azərbaycan cüdosunun inkişafına töhfə verəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail