Bakıda batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək

12.02.2016 | 2996 dəfə oxunub

Mart ayının ilk həftəsində Bakıda batut gimnastikası üzrə FIG Dünya Kuboku baş tutacaq.

Stadium.Az xəbər verir ki, yarışlar 5-6 mart tarixlərində əcnəbi gimnastların daimi təlim-məşq toplanışı məkanına çevrilmiş Milli Gimnastika Arenasında keçiriləcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur. 

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda dünyanın müxtəlif guşələrindən olan ölkələr – Avropa ilə yanaşı, həmçinin uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanın sahillərindən Amerika Birləşmiş Ştatlarını təmsil edən idmançılar iştirak edir.

Ümumilikdə yarışlarda 18 ölkəni təmsil edən 78 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq. Bunlardan 46-sı kişi, 32-si isə qadındır. 

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, İlk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda Açıq Azərbaycan Çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.      

İlk günündə təsnifatı keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq.

Yarışlar vaxtı izləyicilər də diqqətdən kənar qalmayacaq. İdmançılara azarkeşlik edəcək tamaşaçılar yarışlar boyunca müxtəlif maraqlı müsabiqələrdə iştirak edərək, təşkilatçıların hazırladığı hədiyyələrə sahib olacaqlar.

 

Yarışların kişi favoritləri:

Dmitri Uşakov (Rusiya) - Olimpiya Oyunlarının gümüş, Dünya (komanda hesabı) və Avropa Çempionatlarının (komanda hesabı, fərdi çıxış) qızıl medalçısı;

Vladislav Qonçarov  (Belarus) - Dünya Çempionatının gümüş (fərdi və sinxron çıxış) və Avropa Çempionatının qızıl  (fərdi çıxış) medalçısı;

Sebastyan Martini (Fransa) - Dünya Çempionatının ikiqat gümüş medalçısı (sinxron çıxış);

Andrey Yudin (Rusiya) - Dünya və Avropa Çempionatlarının qızıl  medalçısı (komanda hesabı);

Mixail Melnik (Rusiya) - Dünya Çempionatının qızıl (komanda hesabında) və  gümüş (sinxron çıxış) medalçısı;

Morante Allan (Fransa) - Dünya Çempionatının bürünc medalçısı (sinxron çıxış);

Bleyk Qodri (Avstraliya) - Dünya Çempionatının bürünc medalçısı (komanda hesabı);

Ti Svədlinq (Avtraliya) - Dünya Çempionatının bürünc medalçısı (komanda hesabı);

Artur Zakrevski (Polşa) - Dünya Çempionatının bürünc medalçısı (sinxron çıxış);

Lyuk Stronq (Böyük Britaniya) - Avropa Çempionatının bürünc medalçısı (fərdi çıxış);

Pedro Ribeyro (Portuqaliya) - Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısı.

Kubokun tanınmış qadın gimnastları:

Yekaterina Xılko (Özbəkistan) - Olimpiya Oyunlarının bürünc medalçısı;

Tatyana Petrenya (Belarus) - Dünya və Avropa Çempionatlarının gümüş medalçısı (sinxron çıxış);

Katerin Driskol (Böyük Britaniya) - Dünya Çempionatının qızıl medalçısı (sinxron çıxış və komanda hesabı);

Brioni Peyc (Böyük Britaniya) - Dünya Çempionatının qızıl medalçısı (komanda hesabı);

Pamela Klark (Böyük Britaniya) - Avropa Çempionatının qızıl medalçısı (komanda hesabı);

Natalya Moskvina (Ukrayna) - Dünya Çempionatının bürünc medalçısı (sinxron çıxış);

Anna Kornetskaya (Rusiya) - Dünya Çempionatının bürünc (komanda hesabı) və Bakı 2015 İlk Avropa Oyunlarının qızıl (sinxron çıxış) medalçısı;

Yana Pavlova (Rusiya) - Dünya Çempionatının bürünc medalçısı (komanda hesabı);

Rana Nakano (Yaponiya) - Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail