Elxan Məmmədov: "Bununla da məsələ bağlanır"

12.02.2016 | 2896 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov Hesabat Konfransından öncə İcraiyyə Komitəsinin iclasının keçirilməmə səbəbini açıqlayıb. 

Stadium.Az xəbər verir ki, federasiya rəsmisi komitə üzvlərinin razılığı əsasında belə bir qərarın qəbul olunduğunu bildirib.

Baş katib AFFA Nizamnaməsinə zidd addımın atılmadığını söyləyib: "Nizamnaməmizdə göstərilib ki, hər ilin birinci rübündə - maliyyə ili başa çatdıqdan sonra mütləq Hesabat Konfransı olmalıdır. Onsuz da bizdə hər ilin martında belə bir Konfrans keçirilir. Bunu nəzərə alaraq, AFFA-nın prezidenti Rövnəq Abdullayev belə bir təkliflə çıxış etdi ki, Hesabat Konfransı martın 11-də olsun. İcraiyyə Komitəsinin üzvləri ilə əlaqə saxladıq və hamı razılığını bildirdi. Nizamnamədə o da yazılıb ki, artıq növbəti Konfransda gündəlik müəyyənləşir. İcraiyyə Komitəsi üzvləri gündəliyə əlavə məsələ daxil etmək istəsələr, onlar növbəti günlərdə bizimlə əlaqə saxlayaraq, bunu baş katibliyə şifahi və yazılı şəkildə çatdıra bilərlər. Bu, praktikada yazılı olur. Amma şifahi olsa belə, yazılı olmasını tələb etməyəcəyik. Müraciət olsa, təbii ki, yeni məsələni əlavə edə bilərik".

Çox da bürokratiyanın olmasını istəmədiklərini vurğulayan E.Məmmədov "Konfransa və futbolun inkişafına aid məsələ olacağı təqdirdə, bürokratiyaya yol verməmək üçün çalışacağıq ki, gündəliyə daxil edək, AFFA prezidenti, İcraiyyə Komitəsi və bütövlükdə AFFA üzvlərini konfransdan öncə məlumatlandıraq" deyib. O bildirib ki, Hesabat Konfransı olduğundan, illik hesabat İcraiyyə Komitəsi və AFFA üzvlərinə əvvəlcədən göndəriləcək: "Nizamnamədə onsuz da Konfransın 3 ay ərzində keçirilməsi və gündəliyinin açıqlanmalı olduğu yazılıb. Təbii ki, bugünlərdə üzvlər burda olsaydı, İcraiyyə Komitəsi yığışar və müzakirə edərdi. Amma digər məsələlər yox idi. Bir məsələ var idi: Konfransın gününü müəyyən etmək. Bunu da AFFA prezidenti təyin edib, İcraiyyə Komitəsi üzvləri ilə əlaqə saxlanılıb, onlar razılıqlarını bildirdikdən sonra ictimaiyyəti məlumatlandırmışıq. Müvafiq məktublar isə ötən həftə Komitə üzvlərinə göndərilib".

AFFA rəsmisinin fikrincə, İcraiyyə Komitəsinin hansısa üzvü martın 11-ni təsdiqləməsəydi, yenidən səsvermə proseduru həyata keçirmək olardı: "Lakin onsuz da Nizamnamə tələb edir ki, bu məsələyə baxılsın və 3 ay ərzində Hesabat Konfransı keçirilsin. 30 gün əvvəldən bunu müəyyən etməliyik. 3 ay martın sonunda bitir. Bayramı nəzərə alaraq, Konfransı Novruzdan öncə keçirməyə çalışdıq. Səhv etmirəmsə, əvvəlki illərdə də konfranslar martın əvvəllərində olub. Yəni, bu, artıq ənənə halını alır. Gündəlikdə əlavə məsələlər olsaydı, təbii ki, İcraiyyə Komitəsinin iclası olardı. Lakin gündəlikdə hansı məsələlərin olması Nizamnamədə əksini tapır. AFFA Konfransı və İcraiyyə Komitəsi ali qurumlardır. Konfransın səlahiyyətli olub-olmamasını AFFA prezidenti, İcraiyyə Komitəsi və Konfrans müəyyən edir. Bununla da məsələ bağlanır. Əsas budur".

AFFA-nın Hesabat Seçki Konfransı martın 11-də,  saat 10:00-da başlanacaq. Konfransın gündəliyindəki əsas məsələ AFFA prezidenti və İcraiyyə Komitəsi üzvlərinin seçkisi olacaq. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail