Cüdiçumuz Avropa kubokunun qalibi olub

15.02.2016 | 2828 dəfə oxunub

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Stadium.Az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan milli komandası üçün uğurlu olub.

+100 kq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri finala gedən yolda ekvadorlu Freddi Fiqueroa, tatami sahibi Daniel Allerstorfer, monqolustanlı Temulen Battulqa və kubalı Qarsia Mendozanı məğlub edib.

Təmsilçimiz final qarşılaşmasında isə Rusiya təmsilçisi Aslan Kambievə qalib gələrək Avropa kubokunun qızıl medalını qazanıb.

Məmmədəli Mehdiyev (90 kq) və Cəlil Şükürov (100 kq) mötəbər turnirdə 5-ci olublar.

Digər cüdoçularımız – Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər üçü 90 kq) mübarizəni erkən dayandırıblar.

Turnirin ilk günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli bürünc medal qazanıb.

Bununla da, Azərbaycan millisi Avropa kubokunda 2 medal (1 qızıl və 1 bürünc) qazanaraq komanda hesabında mötəbər turniri ikinci yerdə başa vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail