Qadın güləşçilərimiz Kiyevdə 7 medal qazandılar

15.02.2016 | 3008 dəfə oxunub

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Stadium.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Hər iki güləşçimiz qarşılaşdıqları bütün rəqiblərini üstələyib. Mariya Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib. Finalda güləşçimiz yerli idmançı Oleksandra Kohutu məğlub edib. Nataliya Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub. Finalda isə güləşçimiz yerli idmançı Oksana Herheli məğlub edib.

55 kq çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan turnirin gümüş medalına yiyələnib.

Bürünc medalları yığmamıza Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazandırıb.

63 kq-da mübarizə aparan İrina Netreba bürünc medal görüşündə macarıstanlı Dünya çempionu Marianna Sastinə uduzaraq turniri 5-ci sırada tamamlayıb. Turnirdə 5-ci olan daha bir güləşçimiz isə zədə səbəbindən mübarizəni davam etdirə bilməyən Leyla Qurbanova (53 kq) olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail