"Neftçi" Mpenzaya 1.1 milyon dollar ödəyəcəyini açıqladı

15.02.2016 | 3428 dəfə oxunub

"Neftçi" rəhbərliyinin komandanın sabiq futbolçu Emil Mpenzaya borc ödənişinə dair əldə etdiyi razılığın təfərrüatları açıqlanıb.

Stadium.Az xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov məlumat verib.

Onun sözlərinə görə, belçikalı hücumçuya ödəniş gecikmə faizləri və məhkəmə borcları ilə birgə 1,1 milyon dollar təşkil edir. Bu məbləğ 5 hissəyə bölünüb və ilin sonunadək müvafiq hesaba köçürüləcək. Z.Qəhrəmanov bildirib ki, artıq razılaşmaya Mpernzanın vəkili də imza atıb: "Pulu vaxtında ödəsək, klubumuza heç bir sanksiya tətbiq olunmayacaq. Əvvəlki və ya indiki rəhbərlik söhbəti ola bilməz, borcu "Neftçi" klubu ödəyəcək".

Emil Mpenza 2010-cu ilin yayında İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunub. O, 2012-ci ilin yanvarında flaqmanın düşərgəsindən ayrılıb. Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilib. 2012-ci il martın 13-də “Neftçi” FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırıb. Mpenza da öz növbəsində FİFA qarşısında əks-iddia qaldıraraq, klubdan təzminat tələb edib. 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 2015-ci il yanvarın 21-də FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarıb. Bu qərarla əlaqədar iyulun 15-də “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlayib. CAS Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlayıb. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail