Verpakovskis: "Starokov mənə inanmasaydı, heç Azərbaycana dəvət etməzdi" - MÜSAHİBƏ

17.10.2011 | 5202 dəfə oxunub

Axır ki, Maris Verpakovskisin də “ayağı açıldı”. Latviya yığmasının hücumçusunun ilk qolunu görmək üçün nə az, nə çox, düz 9 tur gözləməli olduq. “Bakı”nın səfərdə “Sumqayıt-Şəhər” üzərindəki qələbəsinin baş memarı suallarımıza cavab verdi. Son anadək ikinci planda qalan Marius tədricən bombardirlik keyfiyyətlərini nümayiş etdirəcəyinə ümidlidi.

- Mövsümdə ilk qolunuzu vurdunuz. Hansı hissləri yaşadınız?
- Qələbə qazanmaq istəyirdik. Vurduğum qol sayəsində üç xal qazandıq. Düzdü, mövsümdə ilk qolum oldu. Amma çoxdan fərqlənməli idim. Çünki əvvəlki oyunlarda da qol vurmaq üçün şanslar qazanırdım. Sadəcə, uzun müddət qol vura bilmədim. Əsas odur ki, “Sumqayıt-Şəhər”i udduq.

- Hər tur bir neçə qol vurmaq şansı əldə edirdiniz. Niyə fərqlənə bilmirdiniz?
- Elədi, fərqlənmək üçün hər dəfə şans qazanıram. Ancaq həlledici anda topu qapıdan keçirə bilmirdim. Bu, hər hücumçunun başına gələ bilər. Təəssüf ki, mən də uğursuz seriya ilə üzləşdim. Məşqlərdə səylə çalışıram və bundan sonra işimi lazımınca yerinə yetirmək arzusundayam.

- Növbəti turlarda da sizdən qol gözləyək?
- Buna mən də ümid edirəm. Çünki hücumçuyam və vəzifəm qol vurmaqdı. Əlbəttə, bununla kifayətlənmək niyyətində deyiləm.

- Çoxları yaxşı formada olmadığını söyləyir. Bəs siz necə düşünürsünüz?
- Hələ mövsümün əvvəlidi. Komandaya cəmi iki ay əvvəl qoşulmuşam. Bu amili nəzərə alsaq, hələlik ideal oyun nümayiş etdirməməyim gözlənilən haldı. Tədricən optimal forma toplayacam. Etiraf edim ki, oyundan-oyuna özünəinamım daha da yüksəlir.

- Sizə hər dəfə şans verdiyinə görə, baş məşqçinizi qınayanlar çox idi...
- O, məni çoxdan tanıyır. Uzun müddətdi ki, Latviya millisində onun rəhbərliyi altında çıxış edirəm. Starokov mənə inanmasaydı, heç Azərbaycana dəvət etməzdi.

- Ön xətdə Uinston Parksla duet təşkil edirsiniz. Onunla oynamaq rahatdı?
- Parks çox səviyyəli hücumçudu. Onunla hücum xəttində yaxşı anlaşırıq. Əla tərəfdaşdı. Mənə gözəl ötürmə verdi və buna görə ona təşəkkür edirəm. İnanıram ki, tədricən daha uğurlu çıxış edib, komandaya lazım olan qolları vuracağıq. Çünki klubda bizdən çox şey gözləyirlər.

- Sanki “Bakı”da nəsə çatışmır, səncə, nədir bu?
- Bizə vaxt lazımdı. Yuxarıda dediyim kimi, komanda yenidən qurulur. Bu gün “Bakı” iki-üç top fərqi ilə qalib gəlməli idi. Fərqlənmək üçün imkanlarımız da var idi. Amma biz bunu reallaşdıra bilmədik. Nəticədə oyunun sonları əsəbi şəkildə keçdi. Hətta öz qapımızdan qol da buraxa bilərdik. Əgər anlaşma daha yaxşı olsaydı, nəticələr də fərqli olardı. Buna rəğmən, ruhdan düşmürük. Daha çox səylə çalışırıq ki, istənilən səviyyəyə yüksələk.

- Jabanın heyətə dönməsi gözlənilir. Hücum xəttində artmaqda olan rəqabətə hazırsınız?
- Əlbəttə, bu, yaxşı haldı. Hücum xəttində rəqabət daha da yüksələcək. Bu, məşqçilərə geniş seçim etmək imkanı verir.

- Bu oyunla “Bakı” qızıl medala ümid edə bilərmi?
- Hazırda bu barədə danışmaq çox tezdi. Əsas məsələ komandanın oyununu tapması və daha yaxşı nəticələr əldə etməsidi. Bundan sonra məqsədlər haqqında danışmaq olar. Ona görə tələsmək lazım deyil. İndiki məqamda bizim əsas məqsədimiz oyun planında yüksəlişə nail olmaqdı.

- Azərbaycanlı azarkeşlər Verpakovskisi Avro-2004-ün pley-offunda Türkiyənin qapısına vurduğu iki qolla xatırlayır. “Bakı”dakı oyununla onların qəlbini fəth edə biləcəksiniz?
- İndi söz verməkdə çətinlik çəkirəm. Hər şey zamana bağlıdı. Əlbəttə, vurduğum qollarla komandama fayda vermək istəyirəm. Azarkeşlərin rəğbətini qazanmaq çox yaxşı olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail