“Rəvan”ın rekord seriyası qırıldı

16.02.2016 | 2614 dəfə oxunub

“Rəvan” klubunun səfər oyunlarındakı seriyaları qırılıb. Stadium.Az xəbər verir ki, XII turun ötən il noyabrın 11-də keçirilən “Neftçi” ilə səfər oyununda 3:2 hesabı ilə qalib gələn Bəhmən Həsənovun yetirmələri rəqib meydanlarında ardıcıl 5 heç-heçə edib. 

“Qəbələ” (1:1), “Kəpəz” (0:0), son 3 turda isə “Sumqayıt” (3:3), “Xəzər Lənkəran” (0:0) və “Neftçi” ilə matçlarda bərabərlik əldə edən “Rəvan”ın sülh seriyası XXI turda qırılıb. “Zirə”yə 1:2 hesabı ilə yenilən “sarı-qırmızılar” ardıcıl 3, səfərdə 5 matçlıq heç-heçə seriyasını davam etdirə bilməyib. Bununla da komanda Azərbaycan çempionatları tarixinin yeni rekorduna imza atmaq şansını qaçırdıb. “Rəvan” ardıcıl 5 səfər oyununda heç-heçə edən ikinci klub kimi tarixə düşsə də, “Viləş”in 2000-ci ildəki göstəricisini arxada qoya bilməyib. 16 il öncə Masallı təmsilçisi məhz 5 dəfə rəqib meydanlarından 1 xalla dönmüşdü.

Rekorda şərik olan paytaxt təmsilçisinin səfərdəki məğlubiyyətsizlik seriyası isə 6-da qalıb. “Neftçi” üzərində qələbə və 5 heç-heçədən öncə - oktyabrın 28-də “Qarabağ”a 0:1 hesabı ilə uduzan Həsənovun yetirmələri 110 gündən sonra rəqib meydanında xalsız qalıb. Səfərdə ən uzun məğlubiyyətsizlik seriyası 2000-01-ci illərdə 21 oyun yenilməyən “Şəmkir”ə məxsusdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail