"Fənərbaxça"yla oyunda "Lokomotiv"in futbolçusu Vladimir Putinə görə "ilişib"

17.02.2016 | 2786 dəfə oxunub

Avropa Liqasının 1/16 final mərhələsində İstanbulda baş tutmuş "Fənərbaxça" - "Lokomotiv" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Stadium.Az xəbər verir ki, Rusiya və Türkiyə arasındakı münasibətlərin gərgin olması səbəbindən bu qarşılaşmada təhlükəsizlik məsələsinə hər iki tərəf ciddi önəm verirdi.

Azarkeşlərə hər hansı siyası şüar səsləndirməmək barədə öncədən xəbərdarlıq olunmuşdu. Amma siyasi xarakterli ismarıc tribunalardan yox, meydandan gəlib. Matçdan sonra "dəmiryolçular"ın futbolçusu Dimitri Tarasov futbolkanın altından RF dövlət rəhbəri Putinin şəkli həkk olunmuş, "ən nəzakətli prezident" yazılı maykanı "nümayiş etdirib".

"Putin mənim prezidentimdir. Ona hörmət edirəm. Hər yerdə onu dəstəkləməyə hazıram. Bu maykanın üzərində demək istədiyim bütün sözlər yazılıb"  deyə Tarasov bildirib.

İndi rusiyalı yarımmüdafiəçini uzunmüddətli cəza gözləyir. UEFA Nizamnaməsinin 14-cü bəndinə görə Tarasov 10 oyuna qədər diskvalifikasiya və cərimələrlə üzləşə bilər. "Lokomotiv"ə qarşı da sanksiyanın tətbiq edilməsi mümkündür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail