Əmrah Çəlikəl: "Qarabağ adının nə demək olduğunu bilməyən futbolçu Azərbaycanda oynamamalıdır"

17.10.2011 | 4974 dəfə oxunub

“Qarabağ” klubunun rəhbərliyi “Rəvan”la oyundan sonra rəqib komandanın futbolçusu Reis Klaudineinin qarabağlı azarkeşləri təhqir etməsinə münasibət bildirib. Stadium.az xəbər verir ki, komandanın direktoru Əmrah Çəlikəl verdiyi açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib. Çəlikəlin fikrincə, bu cür futbolçular Azərbaycanda oynamamalıdılar:

“Məsələdən xəbərim var. Futbolçunun bu hərəkəti qəbulolunmazdır. Qarabağ adının nə demək olduğunu bilməyən futbolçu Azərbaycanda oynamamalıdır. Bir klubu və onun azarkeşlərini təhqir etmək heç bir idmançıya yaraşan hərəkət deyil”.

Klub rəsmisi məsələylə bağlı "Rəvan" rəhbərliyi ilə görüşüb, söhbət edəcəklərini bildirib: “İnşallah, bununla bağlı “Rəvan” rəhbərliyi ilə danışacağıq. Həmin futbolçuya hansı cəzanın verilməsi isə onların öz işidir. Buna qarışa bilmərik. Amma onlar da azərbaycanlıdılar. Futbolçularının bu hərəkətinə görə ən layiqli cəzanı verəcəklərinə inanıram”.

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail