"Qəbələ"nin yeni transferi danışdı VİDEO

19.02.2016 | 3242 dəfə oxunub

“Qəbələ”nin yeni transferi Pavel Paşayev mövsümün sonunadək "qırmızı qaralar"ın formasını geyinəcək. 

Stadium.Az xəbər verir ki, klubun rəsmi saytına öncəki karyerası haqda danışan millimizin üzvü tezliklə yeni komandasına fayda vermək istədiyini bildirib.

Ukraynanın “Atlant” (Kremençuq) klubunun yetirməsi olan Paşayev peşəkar karyerasına “Dnepr”də başlayıb. 2004-2014-cü illərdə bu komandanın üzvü olan 28 yaşlı müdafiəçi 2008 və 2012-2013-cü illərdə icarə əsasında “Krivbass”da çıxış edib. 2013-2014-cü illərdə “Karpatı”ya icarəyə verilən Pavel 2014-2015-ci illərdə Zaporojye “Metallurq”unun şərəfini qoruyub. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi bu ölkənin əsas millisində 2 yoxlama matçında iştirak edib. 2015-ci ildən Azərbaycan millisinə dəvət olunan futbolçu noyabrın 17-də Moldova ilə yoxlama matçında (2:1) komandada debüt edib.

Paşayevə qədər “Qəbələ” qış fasiləsində Rəşad Eyyubovu da heyətinə qatıb. "Qəbələ" TV-nin Pavel Paşayev haqda hazırladığı qısa videosujeti təqdim edirik:





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail