Bakı Olimpiya Stadionu 15 arena arasında 7-ci yeri tutub

24.02.2016 | 2519 dəfə oxunub

2015-ci ildə dünyanın ən yaxşı stadionlarını müəyyənləşdirmək üçün aparılan səsvermənin yekunları açıqlanıb. Stadium.Az xəbər verir ki, "StadiumDB"nin ardıcıl 6-cı dəfə keçirdiyi sorğuda Bakı Olimpiya Stadionu 15 arena arasında 7-ci yeri tutub.

68195 tamaşaçı tutumuna malik və tikintisi 775 milyon dollara başa gələn arena 28141 səs yığıb. Qalib adını 74097 səslə Meksikanın paytaxtı Mexikodakı "Estadio BBVA Bancomer" qazanıb. 53500 tamaşaçı tutumuna malik stadionun tikintisi 200 milyon dollara başa gəlib. Fransanın Bordo şəhərindəki "Matmut Athlantique" 43,394 səs yığıb. 42115 tamaşaçı tutumu olan arenanın inşasına 199,6 milyon dollar xərclənib. 3-cü yeri də Meksikadakı daha bir stadion tutub. Bu, Puebla şəhərindəki "Estadio Cuauhtemoc"dur. 41420 səs yığan arenanın tutumu 51726 nəfər, xərcləri 39,7 milyon dollar təşkil edir.

Bakı Olimpiya Stadionunu 37095 səslə İsrailin Beer Şeva şəhərindəki "Toto Jacob Turner Stadium" (16126 tamaşaçı, 63,1 milyon dollar), 34325 səslə ABŞ-ın Texas ştatındakı "Kyle Field" stadionu (102733 tamaşaçı, 485 milyon dollar) və 29210 səslə Polşanın Tıxı şəhərindəki "Stadion Miejski Tychy" (15150 tamaşaçı, 31,9 milyon dollar) keçib.

Qeyd edək ki, yanvarın 18-dən fevralın 19-dək davam etmiş səsverməyə 37677 nəfər qatılıb. Onlar ən yaxşı saydıqları 5 stadiona 5, 4, 3, 2, 1 xal veriblər. Daha çox səs Meksika, ABŞ, İsrail, Polşa və Fransadan ünvanlanıb. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail