Veteran futbolçular İranda biabır oldular

25.02.2016 | 2674 dəfə oxunub

Fevralın 14-dən 20-ə kimi İranın paytaxtı Tehranda veteran futbolçular və şou-biznes nümayəndələrinin iştirakı ilə ənənvi “Art-turnir" keçirilib. Turnirdə 9 ölkə, o cümlədən Azərbaycan da təmsil olunub. Braziliyanın son anda qatılmadığı yarışda komandalar 2 qrupa bölünüblər. Azərbaycan Rumıniya, Yunanıstan, İsveç, Almaniya ilə bir qrupda yer alıb. Digər qrupda isə İran, Macarıstan, Türkiyə və Yaponiya komandaları mübarizə aparıblar. İlk oyunda İsveçə 2:3 hesabı ilə məğlub olan komandamız 2-ci oyunda eyni hesabla yunanlara uduzublar. 3-cü oyunda isə məğlubiyyətlə yanaşı daha bir biabırçılıq yaşanıb. Belə ki, Rumıniya ilə qarşılaşmanın gedişində 1:4 hesabı ilə məğlub olan komandamız oyunu yarımçıq dayandırmaq təhlükəsi ilə üzləşib. Buna futbolçu çatışmazlığı səbəb olub. İsveçlə oyunda Ramiz Məmmədovun, Yunanıstanla matçda isə Kənan Kənimovun zədələnməsi, Arif Əsədovun da son oyuna zədəli halda çıxması və oyunu yarımçıq dayandırması işləri korlayıb. Bu anda məcburiyyətdən meydana Vüqar Vüqarlı daxil olub. Hansı ki, İrana futbolçu kimi yox, media işçisi kimi gedibmiş. Bu azmış kimi, məhz futbolçu çatışmazlığı üzündən komandamız Almaniya ilə sonuncu oyununa çıxmayıb.

Əldə etdiyimiz məlumata görə, turnir başlamamışdan İrana 15 nəfərin geməsi nəzərdə tutulubmuş. Amma ora cəmi 10 nəfər aparılıb. Onlardan 7-i - Arif Əsədov, Ədahim Niftəliyev, Elşad Quliyev, Kənan Kərimov, Əli Abuşov, Alim Qurbanov, Ramiz Məmmədov və İlqar Ağayev veteran futbolçulardı. Qalan 2 nəfərdən biri meyxanaçı Vüqar, digəri isə jurnalist Vüqar Vüqarlı idi. İsveç ilə oyunda Ramiz Məmmədov, yunanlarla matçda isə Kənan Kərimov zədələnib. 3-cü oyunun gedişində isə bayaq qeyd etdiyimiz kimi Arif Əsədov sıradan çıxıb və 6 nəfərlə qalan komanda oyunu yarımçıq dayandırmalı olub.

Bu da son deyil. Komanda İrana gedərkən aeroportda təşkilatçıların İlqar Ağayevə bilet ayırmadığı məlum olub. Şəxsi hesabına bilet alan Ağayev qayıdarkən də eyni problemlə üzləşib. Pulu olmayan veteran futbolçuya bu dəfə yol yoldaşlarından biri kömək əlini uzadıb. Bununla bağlı Azərbaycan tərəfindən turnirlə əlaqələndirici şəxs, Azərbaycan Futbol Veteranları Birliyinin prezidenti Oqtay Abdullayevlə əlaqə saxladıq və baş verən biabırçılıqlara münasibətini öyrəndik. Oqtay müəllimin sözlərinə görə, iştirakla bağlı onlara dəvət turnirin başlamasından xeyli əvvəl gəlib. Bütün xərclər, o cümlədən, yol, otel, qidalanma və s. məsrəfləri təşkilatçılar qarşılamalı idilər: “Turnirin başlamasına cəmi 1 gün qalmış bizə biletlərin hazır olduğunu bildirdilər. O da axşam. Əvvəlcədən turnirə 15-ə yaxın nümayəndənin gedəcəyi planlaşdırılmışdı. Belə bir vəziyyətdə onlardan bir neçəsi işləri ilə əlaqədar səfərdən imtina etdilər. 9 nəfəri güclə yığdıq".

İlqar Ağayevin qarşılaşdığı bilet probləminə də münasibət bildirən Oqtay müəllim bildirdi ki, turnirə əvvəlcədən qapıçı kimi Hüseyn Məhəmmədovun getməsi nəzərdə tutulubmuş. Lakin Hüseynin anası dünyasını dəyişdiyindən, qısa zaman ərzində başqa qapıçı tapmalı olublar. İlqar Ağayevin adının son anda siyahıya salınmasü üzündən bilet problemi yaşanıb.

İran tərəfinin hörmətsizliyinə cavab olaraq turnirdən imtina etmək olmazdımı? Axı, normal mübarizə apara bilməyən komandanı ora yollamaqla Azərbaycan futbolunun adına ləkə gəldi. Şəxsi işləri ilə əlaqədər İrana gedə bilmədiyini deyən Oqtay Abdullayev suala belə cavab verdi: “İmtina edə bilərdik. Futbolçularla məsləhətləşdikdən sonra getmək qərarı verildi. Bəziləri turnirdə iştirak etmək istəyirdilər. Amma indən belə bir daha həmin turnirdə iştirak etməyəcəyik".

“Het-trik news”qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail