"Lokomotiv" Çempionlar Liqasıyla vidalaşdı

26.02.2016 | 2584 dəfə oxunub

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə yekun vurulub. Stadium.Az xəbər verir ki, “altılığ”a gedən yolda son matç İsveçrənin “Volero” və Azərbaycanın “Lokomotiv” klubları arasında baş tutub.

“Dəmiryolçular” Bakıda təşkil olunan qarşılaşmada tay-brekdə qələbə qazandıqlarından səfərə cüzi üstünlüklə yollanmışdılar. Ancaq mərhələ adlamaq üçün minimum iki setdə qalib gəlmək lazım idi. 

Lakin “Volero”nu doğma divarlar arasında məğlub etmək mümkün olmayıb. Qarşılaşmanın ilk seti təmislçimizin üstünlüyü ilə yekunlaşıb. 16:21 hesabı ilə geridə olan komandamız ardıcıl 9 xallıq seriya əldə edərək, hissəni 25:21 hesabı ilə öndə bitirib.

Sonrakı setlərdə rəqibinə qarşı ciddi müqavimət göstərə bilməyən "Lokomotiv" qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə bitirərək, turnirlə vidalaşmalı olub.

Cütün qalibi “Dördlər finalı”na vəsiqə üçün Türkiyənin “Vakıfbank” klubu ilə üz-üzə gələcək. Bu komanda İstanbulun digər təmsilçisi “Əczaçıbaşı”nı mübarizədən kənarlaşdırıb.

25 fevral

“Volero” (İsveçrə) – “Lokomotiv” (Azərbaycan) - 3:1 (21:25, 25:18, 25:14. 25:19)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Nurper Özbar (Türkiyə)

Sürix, “Saalsporthalle”

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14) (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail