"Qarabağ" Xocalı faciəsini yad edib

26.02.2016 | 2585 dəfə oxunub

"Qarabağ" Futbol Klubu daim milli-mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşıb.Goal.az xəbər verir ki, ölkə və dünyada cəmiyyətin həyatında baş verən olaylara biganə qalmayan klubumuz bu dəfə də ənənəsinə sadiq qalıb. Bütün məqamlarda komandamızın yanında olan "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl bu dəfə də xüsusi diqqəti ilə yadda qalıb. Məlumdur ki, 1992-ci ildə, fevralın 26-sına keçən gecə nəinki Azərbaycan eləcə də dünya tarixinə ən acımasız günlərdən biri qeydə alınıb. Erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşmüşdür. İllər keçsə də xalqımız bu faciəni unutmur. "Qarabağ" FK-nın vitse-prezidenti Tahir Gözəl hər il olduğu kimi bu il də analoji hadisənin qurbanlarını yad etmək üçün klub bazasını ziyarət edib. Qətliam qurbanlarının xatirəsinin yad olunmasını özünə mənəvi borc bilən başqan bu dəfə də dəyərlərimizə sadiq olduğunu nümayiş etdirib. Baş tutan görüşdə ilk olaraq faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 1992-ci ildə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan başqanımız baş verən faciənin bir millətin, xalqın deyil bütün bəşəriyyətin üzüntüsünün olduğunu qeyd etdi. Tahir bəy 600-dən çox günahsız insanın qətl edilməsinə heç bir insani don geyindirməyin mümkün olmadığını bildirib. . 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd etdi. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirdi. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün xalqların övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğuladı. Suriya və dünyanın başqa yerlərində tökülən insan qanlarının çox ağır olduğunu bildirib. Tahir bəy bütün dünyaya sülh, qansız, müharibəsiz həyat arzuladığını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail