"Xəzər Lənkəran"ın oyunçusu Kriştianu Ronaldo olubmuş

18.10.2011 | 6133 dəfə oxunub

“Bir dəfə elə bildim ki, mən Kriştianu Ronaldoyam”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun futbolçusu Antonio Semedo deyib.

Portuqaliyalı yarımmüdafiəçi vətənindən olan həmkarlarımıza müsahibəsində karyerasının ən yaddaqalan məqamlarından danışıb: “Mən ÇFR-də oynayanda, böyük uğurlar qazandıq. Buxarest klublarının hegemonluğuna son qoyandan sonra şəhərin küçələrində bizə büt, ilahi qüvvə kimi baxırdılar. Belə olanda, özümü Ronaldo kimi hiss etdim. Oyunumla portuqaliyalıların Rumıniya klublarına yolunu açdım. Elə indi də ÇFR-də həmyerlim var”.

Sonra Rumıniyada “Styaua”, “Unirea” və Kiprdə “Alki” klublarında gördüklərindən bəhs edən Semedo indiki günlərindən də danışıb: “Rumıniyadan yaxşı tanıdığım baş məşqçidən təklif gəldi. Məsələnin maliyyə tərəfini dəyərləndirib, Avropanın şərq qurtaracağına getdim. Bu, möhtəşəm təcrübədir. Futbol Azərbaycanda əsas idman növü sayılmır. Onlar boks və güləşin müxtəlif növlərini sevirlər. Mən avrokuboklarda oynamaq istəyirəm. “Xəzər Lənkəran” isə bunun üçün əla imkandır. Nə qədər darıxsam da, vətənə qayıtmaq haqda isə düşünmürəm. Portuqaliyada futbolçuların maaşlarını vaxtlı-vaxtında ödəyə bilmirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail