Hacı Əliyev yenə dünya reytinqində birincidir

02.03.2016 | 2706 dəfə oxunub

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Stadium.Az xəbər verir ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yaxşı göstərici ötən ilki dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir. O, öz çəkisində reytinqin birincisidir.

Ötən ay heç bir yarışda iştirak etməyən Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədov reytinqdə bir pillə geriləyib. 97 kq çəkinin reytinq siyahısında ilk onluğa daxil olan daha bir güləşçimiz Şərif Şərifov olub.

Ötən ay İstanbulda keçirilmiş Yaşar Doğunun xatirəsinə həsr olunan  beynəlxalq turnirdə çempion olan Aleksandr Qostiyev 4 pillə, Minskdə keçirilmiş Aleksandr Medvedin mükafatı uğrunda beynəlxalq turnirdə çempion olan Nurməhəmməd Hacıyev isə 6 pillə irəliləyib. Güləşçilərimiz müvafiq olaraq 86 kq çəki dərəcəsinin reytinq siyahısında 10 və 12-ci yerləri bölüşüb. Bu çəkidə siyahıda daha 2 güləşçimizin adı var. Məhəmmədhacı Xatiyev 13-cü, Həmzət Osmanov 16-cı sırada qərarlaşıb.

61 kq 

1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)

65 kq 

5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (4)

70 kq 

9. Hacımurad Ömərov - Yaşar Doğu turniri 2-ci yer (nr)

74 kq 

14. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (13)

86 kq 

10. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (14)
12. Nurməhəmməd Hacıyev - Aleksandr Medved turniri 1-ci yer (18)
13. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (7)
16. Həmzət Osmanov - Yaşar Doğu turniri 3-cü yer (nr)

97 kq 

4. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
10. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (6)

125 kq 

3. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail