Bəhmən Həsənov: "Şadam ki, onları məğlub etməyi bacardıq"

03.03.2016 | 3987 dəfə oxunub

Ötən gün Azərbaycan Kubokunun 1/4  final mərhələsinin ilk oyununda “Rəvan” “İnter”i məğlub etdi - 2:1. Stadium.Az xəbər evrir ki, “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov oyunu belə dəyərləndirib:

"Əsas hədəfimiz çempionat olduğuna görə, bu gün bəzi futbolçulara istirahət verməyi düşünürdüm. Çünki kubok oyunları avrokuboklara bir addım yaxın olsa da, çətindir.

Bu gün futbolçularım özlərində güc tapıb oynadılar. Söz vermişəm ki, hakimlikdən danışmayım. Ancaq bu gün hakimlərə təşəkkür edirəm. Gözəl idarəçilik oldu. "İnter"də səviyyəli futbolçular var. Şadam ki, onları məğlub etməyi bacardıq. Evdə qalib gəlmişiksə, səfərdə də bunu davam etdirməliyik. Məmməd, Cəmşid və bir neçə futbolçu xəstə və zədəlidir. Bu gün Ramazan və Ruslana istirahət vermək istəyirdim. Ancaq "İnter"in qarşısını almaq çox çətindir. İlk hissədə də bizə çox çətin anlar yaşadıq. İtirməli bir şeyimiz qalmayıb. Artıq 0:0 söhbətini yığışdırmışıq. Ya udacağıq, ya da uduzacağıq.

AZAL-la son oyunda etiraf edim ki, bizə 4-5 qol vurmalı idilər. Çalışdım ki, gənclərə üstünlük verim. Futbolçularıma çox güvənirəm. Hər oyun sabit olmur. Oyundan oyuna fərq var. Ceyhunun əvəzetmədən birbaşa paltardəyişmə otağına getməsinə gəlincə, futbolçular kurtkalarını özləri ilə götürməmişdi. Ona görə kurtkasını götürüb yenidən qayıtdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail