"San-Marino və Norveçlə matçlardan sonra qrupda zirvədə olacağıq"
Azərbaycan
millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki öləsinin ətbuatına
müsahibə verib. Goal.Az xəbər evrir ki, o, Azərbaycan millisindəəki işindən və
burada qarşısına qoyulan məqsədlərdən də danışıb:
“Məqsədimiz dünya çempionatının seçmə mərhələsini yaxşı keçirməkdir. Dünya çempionatına getməklə bağlı proqnozu ilk 2 oyundan sonra vermək olar. Təbii ki, San-Marino və Norveçlə matçlardan sonra Almaniya, Çexiya və Şimali İrlandiyanın da yer aldığı qrupda zirvədə olacağıq. Zarafat bir yana, Azərbaycanın dünya çempionatına qatılacağına inanmaq çətindi. Bizim qarşımıza qoyulan məqsəd seçmə mərhələdə özümüzü yaxşı tərəfdən göstərməkdi”.
Prosineçki
daha sonra ölkəsinin millisi barədə də danışıb:
“Çaçiç də bilir ki, Avropa çempionatında ilk oyundan çox şey asılıdı. Türkiyə üzərində qazanılacaq qələbə bizi növbəti mərhələyə yaxınlaşdıra bilər. Türklər fanatizmlə oynayırlar. Ən yaxşı qrup üçüncüsü kimi turnirə vəsiqə qazanmaları onlarda özünəinam yaradıb, üstəlik, təcrübəli baş məşqçiləri var. Biz türklərə İngiltərədəki Avropa çempionatında qalib gəlmişik, İstanbulda da onları pis günə qoymuşuq. Ancaq Avro-2008-dən onlardan aldığımız yara var. Qalib gəlməli olduğumuz həmin oyunda uduzmuşduq. Bir də unutmayaq ki, Rakitiç kimi, türklərin futbolçusu Arda Turan da “Barselona”da çıxış edir.
Çexlərin Serbiyaya 4:1 hesabı ilə qalib gəldikləri oyuna baxmışdım. Düzdü, serblərin komandadaxili problemləri var idi. Ancaq 4:1 hesabı çox şeydən xəbər verir. Çexlər komanda şəklində güclü, sürətli və möhkəmdilər. Onlarla oyun bizim üçün həlledici ola bilər.
Prosineçki
keçmiş komandası “Barselona”nın əzəli rəqibi “Real”a da toxunub: “Ronaldo
“Real”la yaşayır. Düz deyir, daha yaxşı komanda qurulmalıdı. Çünki “Real” hazırda
“Barselona”, “Bavariya” və “Yuventus”la rəqabət aparacaq gücdə deyil. İspaniya
Kubokunu tərk ediblər, La Liqada çempionluq mübarizəsində “Barselona”ya uduzdular.
Yalnız Çempionlar Liqasında mübarizəni davam etdirirlər. “Real”ın xorvat
futbolçusu Mateo Kovaçiçə gəlincə, gənc oyunçudu. Qarşısında yüksək səviyyədə
çıxış etmək üçün hələ 10 il var”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |