"Boks həvəskarlarını arenaya dəvət edirik, onların dəstəyinə də böyük ehtiyacımız olacaq”

04.03.2016 | 2674 dəfə oxunub

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu fevralın 4-də növbəti görüşünə çıxacaq.  Stadium.Az xəbər verir ki, komandamızın rəqibi liqanın iddialı klublarından olan “Astana Arlans” olacaq. 

Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib.

Qonaqların baş məşqçisi Nurlan Akurpekov Özbəkistanda uduzmalarına baxmayaraq, Bakıya iddialı gəldiklərini deyib: "Bundan əvvəlki turda səfərdə “Uzbek Tigers”ə 1:4 hesabı ilə uduzduq. Özbəkistanda son illərdə boks yetərincə inkişaf edib.  Bizdə isə əsas heyətin bir çox üzvləri Olimpiya oyunlarına hazırlaşırlar. Amma Bakıya gələn boksçularımız da yetərincə təcrübəlidirlər. Çalışacağıq ki, burdan uğurlu nəticə ilə ayrılaq. “Astana Arlans” iki dəfə liqanın qalibi olub. Bu mösüm də iddialıyıq".

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov Qazaxıstan klubunun WSB-də ən güclülərdən olduğunu vurğulayıb: “Astana Arlans” artıq bir neçə ildir ki, bizim əsas rəqiblərimizdəndir. “Baku Fires”in heyətində də təcrübəli boksçular var. Komandamıza inanıram. Boks həvəskarlarını arenaya dəvət edirik, onların dəstəyinə də böyük ehtiyacımız olacaq”.
 
Talibov martda Bakıda keçiriləcək “Böyük İpək Yolu” yarışı ilə də bağlı fikirlərini bildirib: “İstəyirdik ki, bu turnirdə bir neçə boksçumuz gücünü sınasın. Ancaq federasiyadan dedilər ki, Azərbaycanı yalnız bir heyət təmsil edəcək.  Niyə belə olduğunu bilmirəm. Bu suala  millinin məşqçiləri daha yaxşı cavab verə bilərlər.

69 kq çəki dərəcəsində rinqə çıxacaq Tamerlan Abdullayev də sabahkı döyüşlə bağlı fikirlərini bildirib: “Təlim-məşq toplanışlarının hər birində iştirak etmişəm. Hazırda yaxşı formadayam. AİBA Pro Boxing turnirində 6 raund döyüşürdüm. İndi 5 raund mübarizə aparacam. İnanıram ki, sabah qalib gələ biləcəm”.

Xastırladaq ki, “Baku Fires – “Astana Arlans” görüşü martın 4-də saat 19-da Boks Mərkəzində start götürəcək. 

Komandaların heyətləri:

52 kq. Məhəmməd İbiyev – Oljas Sattibayev

60 kq. Nəsrəddin Məmmədov – Zakir Safiullin

69 kq. Tamerlan Abdullayev – Aslanbek Şımberqenov

81 kq. Mixail Dolqolivets – Nurdaulet Jarmanov

+91 kq. Arslanbek Mahmudov – Nurlan Bekzatov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail