Rəsul Çunayev dünya birincisidir

04.03.2016 | 2533 dəfə oxunub

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Stadium.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb. 

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır. 

59 kq

2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)


66 kq


9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (8)

71 kq

1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq

6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (6)

80 kq 

5. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (6)

85 kq

5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (2)

13. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq

19. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (16)

130 kq

4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (4)

Qeyd:  İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib. (agf)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail