AFFA-dan Vaqif Cavadova ağır cəza

19.10.2011 | 5782 dəfə oxunub

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında əsas məsə Vaqif Cavadovla bağlı idi. Stadium.az xəbər verir ki, Cavadov federasiya tərəfindən ağır cəzaya məruz qalıb. İntizam Komitəsinin qərarı belə olub: 

Azərbaycan “A” milli komandasının baş inzibatçısı  İslam Abbasovun İntizam Komitəsinə təqdim etdiyi məlumata əsasən qərara alınır:
1. Vaqif Cavadov 1 (bir) il müddətinə Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılsın (AFFA-nın İntizam Komitəsinin Əsasnaməsi, maddə 2, bənd 2,4).
2. Vaqif Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə,  AFFA-nın İntizam qaydalarına uyğun olaraq, 5 təqvim oyunundan kənarlaşdırılsın, klubu isə 5000 (beş min) manat cərimə olunsun (maddə 79).
3. Milli komandanın əvvəlcədən planlaşdırılan seleksiya xarakterli toplanışına dəvət olunan Rəşad Abdullayev  toplanış vaxtı millinin baş məşqçisinə müraciət edərək toplanışda  iştirak etmək istəmədiyini bildirmişdir. Buna görə futbolçunun bu hərəkəti ilə bağlı “Neftçi” klubunun rəhbərliyinə  məktub ünvanlansın (AFFA-nın İntizam Komitəsinin Əsasnaməsi, maddə 2, bənd 2,4).
Qeyd: Vaqif Cavadovun milli komandada çıxış etməsi ilə bağlı məsələyə millinin baş məşqçisinin müraciəti əsasında yenidən baxıla bilər.



  #1   Adınız: azarkesh;   E-mail: [email protected]

19.10.2011 23:25

affanin bashina binalari boyda dash dushsun. foqtsun da, onu
"qovalamag"dan qorxanlarin da futbol biliyi 0-dan da
ashagidadi.. yaziqlar !

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail