FIFA futbol qaydalarına köklü dəyişiklik edir

06.03.2016 | 2887 dəfə oxunub

Futbol qaydalarında əsaslı dəyişikliklər ediləcək. Stadium.Az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) ötən gün keçirilən toplantısında futbol qaydalarına bir çox yeniliklər edilməsi ilə bağlı qərar verilib.

Futbol oyunlarının ədalətli olması üçün hakimlər mübahisəli epizodun videotəkrarına  baxa biləcək. Həmçinin, futbolda 4-cü oyunçu dəyişikliyinə icazə veriləcək. Ancaq 4-cü əvəzləmə uzatma dəqiqələrində edilməlidir. 

Bundan başqa “üçqat cəza” sistemi ləğv olunacaq. Yəni futbolçu cərimə meydançasında mübarizə zamanı qaydanı pozarsa, ona qırmızı vərəqə göstərilməyəcək. Amma futbolçu aqressiv şəkildə qaydanı pozsa, o, meydandan qovulacaq. Dəyişikliklər iyunun 1-dən qüvvəyə minəcək.

FİFA-nın prezidenti Canni İnfantino IFAB-ın toplantısında yeni qaydalar haqda danışıb: "Futbol üçün tarixi qərar verdik. Biz azarkeşləri və futbolçuları dinləməli, onların təkliflərini nəzərə almalıyıq. Yeni qaydaların nə dərəcədə işləyəcəyini bilmirəm, amma texnalogiyanın inkişafına göz yummamalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail