Vüqar Şirinli Peruda çempion oldu, daha iki cüdoçumuz isə bürünc medal qazandı

06.03.2016 | 3452 dəfə oxunub


Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatı keçirilir. Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, ilk gündə tatami üzərinə çıxan üç cüdoçumuzun hamısı medal qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən Vüqar Şirinli bütün rəqiblərindən güclü olub. O, finalda tatami sahibi – Juan Postiqos üzərindəki təmiz qələbəsiylə mötəbər turnirin qızıl medalını qazanıb. 

Bu çəkidə çıxış edən digər çüdoçumuz Elburus Zamanov da uğur qazanıb. Zamanov kanadalı idmançı Sergio Pessoanı məğlub edərək bürünc medala sahib olub. 

48 kq çəki dərəcəsəində mübarizə aparan Aişə Qurbanlı də mükafatsız qalmayıb. Qurbanlı milli komandamızın aktivinə daha bir bürünc medal yazdırıb.

Qeyd edək ki, 2 gün davam edəcək yarışda 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçu mübarizə aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail