Bəhmən Həsənov: -"Mən “Arsenal”ın taktikasından çox yararlanmaq istəyirəm"

06.03.2016 | 4444 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunun oyununda “Rəvan” doğma meydanda “Kəpəz”ə 1:3 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov jurnalistlərin suallarını cavablandırıb:

Bu gün bəzilərinə şans vermişdim. Bəziləri isə şans qazanmışdılar. Birinci hissədə öz şanslarımızdan yararlana bilmədik.  Futbolçular onlara verilən tapşırıqları yerinə yetirə bilmədilər. İkinci hissədə yaxşı oynadıq, amma artıq nəticə getmişdi. Sadəcə hesabın böyüməməsi üçün dəyişikliklər etdik ki, bundan artığı olmasın. Bütün fikrimizi kubok oyununa yönəltmişik.

- Sizcə çempionat oyunu daha vacib deyil kubokdan?

- Bəzi şeylər var ki, siz bilmirsiz. Biz futbolçularla danışdıq, müzakirə elədik, kuboku düşündük. Qarşıdakı oyunlarda 6 xallıq fərqi aradan qaldıra bilərik. İndi mərhələ keçməyə daha şanslıyıq. Kubok oyunu isə hər zaman olmur. Udanda tərifləyim, uduzanda tərifləməyim? Hər birinə təşəkkürümü bildirirəm. Baxın da heyətə. 3 arxa futbolçum, qapıçım, qol vuranım yoxdu. Mən bu oyuna niyə çıxım? Heç mətbuat konfransına da gəlmək istəmirdim. Çox əsəbiyəm. Sanki məhlə futboludur. Deyirəm, sən get qapıda dur, sən get orda oyna. Yoxdu da, futbolçumuz yoxdur. Siz görə-görə saçım da ağarıb. Bizim üzümüzü ağardan legionerlər imiş.Yerli futbolçularımız da var, amma azdı.

- Belə çıxır ki, artıq çempionatı unudub şəxsi prestij üçün oynayırsız?

- Hamı bilir ki, “İnter” necə komandadır. Onları keçməsək də, bu komanda brend olaraq qalacaq. Bu futbolçuya 50 mində versək, çıxıb bir şey edən deyillər.

- Konkret olaraq kimlər özlərini doğrulda bilmədilər?

- Ən çox Nuran Qurbanova ümid edirdim, amma ondan gözlədiyimi ala bilmədim. Ötən oyun yaxşı oynadı. Bu dəfə isə alınmadı. Dünyanın heç bir mərkəz müdafiəçisi öz zonasında driblinq etmir. Amma bizdə başqadır da... Bunlar edirlər. Biz konkret işə keçməliyik, qol vurmalıyıq.

- Bəs Mirkamil Haşımlı?

- Mən “Arsenal”ın taktikasından çox yararlanmaq istəyirəm. Hər gün orda futbolçunun inkişafı qeydə alınır. İnkişafdan qalanı həmin an satışa çıxardırlar. Mirkamilin bəzi problemləri var. Onları aradan qaldırsa, gələcəkdə çox yaxşı futbolçu olacaq. Eləcə də Məmməd də, Əlibəy də.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail