Respublika Stadionu üçün 15 min kubmetr torpaq gətirilib

08.03.2016 | 2663 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündə təmir işləri dava etdirilir. Stadium.Az xəbər verir ki, artıq meydançanın torpaq qatının müəyyən hissəsinin dəyişdirilməsi prosesi həyata keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova fevralın sonlarında başlayan prosesin hazırda davam etdiyini bildirib: "Torpaq qatının dəyişdrilməsinə fevralın sonlarından başlanılıb. Bunun üçün bu günə qədər respublikanın müxtəlif rayonlarından təqribən 15 min kubmetr torpaq gətirilib. Hazırda torpağın dəyişdirilmə işləri davam etdirilir. Növbəti 1-2 həftə ərzində xüsusi texnika ilə torpaq qatının yayılması, düzləşdirilməsi və müvafiq qaydalara əsasən cərgələnməsi işlərinə başlanacaq".

S.Məmmədova bildirib ki, martın 22-dən torpağa ot toxumunun səpilməsinə start veriləcək. Onun sözlərinə görə, iyulun əvvəllərində meydança tam hazır vəziyyətdə olacaq: "Stadionun ot örtüyünün əmələ gəlməsi 40-45 gün vaxt aparır. Bundan əlavə ot örtüyünün tam hazır olması üçün əlavə olaraq bir neçə həftə vaxt tələb olunur".

Nazirlik rəsmisi bildirib ki, stadionun meydançası iyulun əvvəlində hazır olacağından, 5-21 mayda Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarının mərkəzi arenada təşkili nəzərdə tutulmayıb. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail