"Foqts quş deyil, xalis bayquşdu"

19.10.2011 | 12156 dəfə oxunub

Məşhur şoumen Çingiz Əhmədovun mwsahibəsi:

- Futbola boş yerə idmanın şahı demirlər. Dünyada futbola böyük sevgi və maraq var. Amma bizim klublar elə oynayırlar ki, adam futbola nifrət edir. Azarkeşlərin futbolumuza olan azacıq sevgisini də öldürürlər. Heç olmasa, xarici klublara baxsınlar, onların necə oyun göstərməsindən ibrət götürsünlər. Vallah, o qədər bəsit oynayırlar ki, azarkeşlər də bezib stadionu tərk edirlər. Bizimkilərin zəif oynaması bir azarkeş kimi məni qane etmir. Ona görə də heç baxmaq istəmirəm.
Çempionat oyunlarını izləyirsiz bəyəm?
- Çempionata marağım vardı. Vaxt olanda oyunları stadiondan izləyirdim. Əsasən də «Bakı» və «Neftçi»nin. İki il əvvəl «Bakı» daha yaxşı oyun göstərirdi, sonra nə baş verdiyini bilmədim. İndi də maraqlanıram. Amma nəticələr ürəkaçan deyil. Bilirsiz, oyunlar o qədər sönük keçir ki, artıq adam növbəti dəfə getmək istəmir. Ona görə də azarkeşlər oyuna gəlmirlər. Mənə elə gəlir ki, çempionatda baxımlı oyunlar olsa, azarkeşlər də stadiona gələr. «Qarabağ» istisnadı, başqa heç bir komandamız avrokuboklarda nəticə qazana bilmədi. Bu da onu göstərir ki, çempionatın səviyyəsi o qədər də yüksək deyil. Düzdü, əvvəlki illərə nisbətən rəqabət artıb və klubların maliyə dayaqları bir qədər güclənib. Amma oyun baxımından bu, özünü göstərmir.
Millimizin son oyunlarından razı qaldız?
- Nədən razı qalmalıyam? Avstriya millisinə 1:4 uduzmasından? Onların yerinə mən xəcalət çəkirəm. Qazaxıstanı udandan sonra daha yaxşı oyun gözləyirdim. Amma əksinə oldu. Şəxsən bir azarkeş kimi bu seçmə mərhələdə millinin oyunu məni qane etmədi. Türkiyə ilə qarşılaşmada məntiqli oyun göstərmədilər. Orda oyun var idi ki? Bizim komanda ancaq topu qabağa vurub, çıxarmaqla məşğul idi. Nə məntiqli hücum qururdular, nə də top saxlayırdılar. Belə oyuna baxan azarkeşlər futboldan inciməsinlər, nə etsinlər? Əvvəlki illərlə müqayisədə millimiz daha çox xal yığsa da,  seçmə mərhələni uğurlu saymıram. Teatrda olan problemlər futbolumuzda da var. Elə  rejissor var ki, səhnəni yaxşı qurur, tamaşaçı da zövq alır. Eləsi də olur ki, tamaşaçı bir dəfə teatra baxır və bir daha gəlmir. Bizim futbol səhnəmizdə rejissor çatışmır. Milliyə daha yaxşı məşqçi lazımdı.
Berti Foqts pis məşqçidi, sizcə?
- Yaxşı olsaydı, üç ilə nəticə göstərərdi. O, xeyir verə bilmədi.  Foqtsu evə yola salmaq lazımdı. Yerinə isə yerli məşqçilərdən birini qoymaq yaxşı olar.
Komandanı kimə tapşırsınlar?
- Ağasəlim Mircavadova. Onun kimi məşqçi işsiz qalıb. Mircavadovun təcrübəsindən istifadə etmək olar. Onun vaxtında milli böyük hesabla məğlub olub. Lakin onda milliyə belə baxmırdılar. İndi AFFA rəhbərliyi komanda üçün yüksək şərait yaradıb. Yeni stadionlar tikilir, bazalar var. Milli toplanışını xaricdə keçirir. Bundan başqa daha nə lazımdı? Bir də ki, yığmaya tanışlıqla uşaq götürmək düzgün deyil. Kim güclüdü, o da çağrılmalıdı. «Bu, fiilankəsin yaxını qohumudu, millidə oynamalıdı» söhbətini artıq kənara qoymalıyıq. Bununla futbolumuz irəli getməyəcək. Baş məşqçi yerli olmalıdı ki, futbolçuları yaxından tanısın. Eyni zamanda, baş məşqçinin hansı yuvanın quşu olduğu bilinməlidi.
Foqts haranın quşudu?
- Allah rəhmət eləsin Nəsibə xanıma. Onun sözü olmasın, Foqts quş deyil, xalis bayquşdu. Foqts üzərinə düşən işin öhdəsindən gələ bilmədi. Ona görə də üzü sulu getsə, daha yaxşı olar.
Futbol adamları ilə nə kimi münasibətiniz var?
- Asim Xudiyev, Maşallah Əhmədov və İqor Ponomaryovla münasibətim yaxşıdı. O vaxt «Neftçi»də çıxış edəndə, biz onların oyununu həsrətlə gözləyirdik. Onda «Neftçi»nin hər bir üzvünə sovet maşını verirdilər. Həmin vaxt ürəklə oynayıb azarkeşləri sevindirməyə çalışırdılar. İndi futbolçuların hərəsində bir «inomarka» var. Amma göstərdikləri oyuna və nəticəyə bax. İndiki futbolçular yeyib-içir, kef çəkirlər. Toyda içən o qədər futbolçuya rast gəlmişəm ki! Ad çəkmək istəmirəm, özləri yaxşı bilirlər.
İndiki futbolçulardan kiminləsə yaxın əlaqəniz yoxdu?
- Rəşad Abdullayevlə münasibətim çox yaxşıdı. Çox tərbiyəli oğlandı. Toyunu da mən aparmışam. Alim Qurbanov, Emin Quliyev və Rail Məlikovla əlaqəm var. Onları da çoxdandı görmürəm. Eminlə Alim hələ də oynamır.
Oğlunuz futbola həvəsi göstərirdi. Onun gələcəkdə futbolçu olmağını istəyirsiz?
- O, futbolun xəstəsi idi. Yaxşı da oynayırdı. «Bakı»nın aşağı yaş qruplarına yazdırmaq istəyirdim. Amma götürmədilər. Ondan sonra «Neftçi»yə apardım. Orda da bəyənmədilər. Sonra futbolu buraxdı. Artıq neçə ildi bodibildinqlə məşğul olur. İndi vəziyyət elə yerdədi ki, yanaşı gedəndə məni onun oğlu hesab edirlər.
Oğlunuz Mahmud Qurbanovun formasını almaq üçün çox çalışıb. Onun formasını əldə edə bilib?
- Yeri gəlmişkən, Mahmudla da münasibətim yaxşıdı. Qabiliyyətli oğlandı. Adətən, bayramlarda mesajlaşırıq. Onda bir dənə forma verdi. O da bir qədər kiçik oldu. Hədiyyənin böyük-kiçiyi olmaz.



  #1   Adınız: mestanasvili;   E-mail: [email protected]

20.10.2011 04:09

sizin sayti beyenirik,sevirik,destekleyirik

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail