"O qədər aciz insanlarıq ki, Hakimlər Komitəsinə bir ölçü götürə bilmədik"

10.03.2016 | 3151 dəfə oxunub

"Xəzər Lənkəran" Azərbaycan Kubokunda mübarizəni dayandırdı. Stadium.Az xəbər verir ki, Lənkəran təmsilçisi ilk oyunda 3:2 hesabıyla məğlub etdiyi "Neftçi"yə səfərdə 2:0 məğlub olaraq yarımfinala yüksələ bilmədi. Bu oyundan sonra klubun vitse-prezidenti Tuyqun Nadirov hakimlik barədə sərt danışıb:

"Dünənki oyunla bağlı nə deyim? Hakim artistlikdən başqa heç nə etmirdi. İlk epizodda penalti yox idi. Camaat kor deyil. Milyonlarla adam futbola baxır. Burada Tuyqunun deməyi ilə deyil ki... Ola bilər ki, oyunu stadiondan canlı izləyənlər həmin epizodları görməsin, amma televiziya vasitəsilə izləyənlər hər şeyi görürlər. Hamı gördü ki, hər iki qoldan öncə nələr baş verdi. İlk penaltidən əvvəl cərimə zərbəsi olmalı idi, amma olmadı. Orada penaltilik heç nə yox idi. Onların futbolçusunun yıxılmasının səbəbi bizim oyunçu deyildi. Oyunçu özünü yerə atır, baş hakim də penalti qərarı verir. "Xəzər Lənkəran" öz yolu ilə gedir və klubumuzun 15-16 yaşlı oyunçuları "Neftçi"nin bütün futbolçularına dərs keçdi ki, futbolu necə oynamaq lazımdır.

Bu günədək Hakimlər Komitəsini heç cür düzəldə bilmirik. O qədər aciz insanlarıq ki, Hakimlər Komitəsinə bir ölçü götürə bilmədik. Azərbaycanda hər şey dəyişdi, bir dənə bu Hakimlər Komitəsinə ölçü götürülmədi. Premyer Liqada AZAL-la oyunda da haqsızlıqlar oldu. Hamımız bunu gördük".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail