“Zirə”dən ən ağır məğlubiyyət

10.03.2016 | 3027 dəfə oxunub

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə 1:5 hesabı ilə uduzan “Zirə” tarixinin ən ağır məğlubiyyətini alıb. Stadium.Az xəbər verir ki, 2014-cü ildə yaranan paytaxt təmsilçisi bunadək keçirdiyi 57 matçda heç vaxt 4 top fərqilə uduzmamışdı.

I Divizionda çıxış etdiyi 2014/15 mövsümünün 30 oyununda 5, cari mövsüm Topaz Premyer Liqasının 24 matçında 4, ölkə kubokundakı 2 ildə 3 oyunda 2 dəfə yenilən Zirənin eyni adlı təmsilçisi ən pis halda 3 top fərqinə üzülmüşdü. Bu 11 məğlubiyyətindən 6-sı bir, 4-ü iki top fərqi ilə olan klub 2015-ci il oktyabrın 17-də ilk dəfə böyükhesablı məğlubiyyət almışdı. Çempionatda “Qarabağ”a 1:4 hesabı ilə uduzan bakılılar 3 top fərqi ilə yenilmişdi. 144 gündən sonra “Zirə”nin antirekordu “Qəbələ” ilə matçda yenilənib. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail