""Neftçi"nin futbolçuları penalti üçün hakimə yalvarırdılar"

10.03.2016 | 3942 dəfə oxunub

“Xəzər Lənkəran”ın müdafiəçisi Nodar Məmmədov Ölkə Kubokunun 1/4 mərhələsinin cavab oyununda “Neftçi”yə Bakıda 2 cavabsız qolla məğlub olduqdan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər verir ki, Nodar məğlubiyyətdən sonra belə danışıb:


“Oyundakı mübahisəli epizodlara bir daha baxmaq lazımdı. Amma hakimin qərarlarını qərəzli saymaq olar.

Əvvəla qapımıza təyin edilən penaltidən bir neçə saniyə əvvəl komanda yoldaşımıza qarşı kobudluq olmuşdu, rəqibin əleyhinə cərimə zərbəsi təyin edilməli idi. Vaxtında cəriməni versəydi, top bizim qapıya tərəf gəlməyəcəkdi. O ki qaldı penaltiyə, Ruslan Qurbanov özünü yerə atmağa hazır idi. Mən “podkat” edəndə, gördüm ki, bu özünü atmağa çalışır. Topu tez barmağının ucu ilə irəli atdı ki, ona toxunum. Nəticədə özü mənə toxunub penalti qazandı.

 Orda da penaltidən söhbət gedə bilməzdi. Belə vəziyyətdə “podkat” edəndə, əlimi harda gizlədim, qucağıma necə yığım?

 “Neftçi”nin futbolçuları birinci hissədə yalnız penalti qazanmaq barədə düşünürdülər. Qol vura bilmədikləri üçün hər dəqiqə özlərini yerə atırdılar ki, hakim penalti versin. Penalti üçün hakimə yalvarırdılar.


Ruslan Qurbanov tez-tez hakimə etirazlar edir, epizodlarda topa sərt girirdi. Onun yerində bizim futbolçulardan biri olsaydı, baş hakim xəbərdarlıq etmədən sarı vərəqəni göstərərdi. Hakimlər ayrı-seçkilik edirlər. “Neftçi” ilə “Xəzər Lənkəran” arasında fərq qoyurlar. Çünki bizdə cavanlardı, “Neftçi”də isə əcnəbilər, təcrübəli oyunçular toplaşıb. Cavanların əleyhinə qərar vermək asandı”.



  #1   Adınız: xazar lankaran;   E-mail: [email protected]

10.03.2016 17:58

qardasim onsuzda hakimlar hemise neftciya komak edib bu
dafada etdilar cunki bu oyuna rehim hesenovun teyin
olunmasina ve xazar uduzmasi demak idi ve belada oldu
haqsizliq ve yenada haqsizliq

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail