Xaqani Məmmədovdan Tuyqun Nadirova: "bu qədər aciz insandır ki, klubu bu günə salıb"

10.03.2016 | 3854 dəfə oxunub

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun ittihamlarına cavab verib.

Stadium.Az xəbər verir ki, X.Məmmədov açıqlamasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında Bakıda keçirilmiş (2:0) cavab görüşündən sonra klub rəsmisinin Hakimlər Komitəsinin ünvanına səsləndirdiyi ifadələrdən narazılığını dilə gətirib.

X.Məmmədov bu cür ifadələrin işlədilməsinin acizlik göstəricisi olduğunu deyib: "Tuyqun Nadirov deyir ki, Azərbaycan futbolunda hakimlikdən başqa hər şey düzəldi. Mən onun fikri ilə razıyam. Düzdür, Azərbaycan futbolunda hər şey düzəlib, amma bircə Tuyqun Nadirovdan başqa... Onu da düz deyir, bu qədər aciz insandır ki, klubu bu günə salıb. "Xəzər Lənkəran" kimi komandanı necə günə salıbsa, heç Mübariz Mənsimov da onu düzəldə bilmir. Azərbaycanda bu qədər azarkeş dəstəyi olan komandanı məhz Tuyqun Nadirov bu günə salıb. Nəsillər dəyişir, futbolçular gəlir-gedir, amma Tuyqun Lənkərandan əl çəkmir. Hamını yola salır, özü qalır. Bəlkə Tuyqun Nadirov gedəndən sonra o klub düzəldi. Yəni klubun problemləri ilə məşğul olmaq lazımdır. Məhz elə onun apardığı bu bərbad siyasət nəticəsində ali futbol qurumu ilə problemlər yaşanmaqdadır. Mən transfer, borc məsələlərinə toxunmuram. Bu, klubun daxili işidir. "Neftçi", "Qəbələ" tənqid etsəydi, hardasa qəbul etmək olardı. Axı, sən hansı gününə danışırsan?"

Komitə sədri FİFA referisi Rəhim Həsənovun idarəçiliyindən də danışıb: "Nadirov hakimlikdəki problemlərdən danışır. Bu gün Avropada sözünü deyən hakimlər yetişdirmişik. Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov, Rauf Cabbarov, Ömər Paşayev, Rəvan Həmzəzadə və s. məhz bizim apardığımız siyasət nəticəsində son illər üzə çıxan hakimlərdir. Sən nə ilə məşğul olmusan, klubu nə günə qoymusan? Bunlardan danışsa, lap yaxşı olar. Bu cür danışmaq, nəyisə kiminsə üstünə atmaq olmaz. Bəli, "Xəzər Lənkəran" cavan komandadır və futbolçuları əzmlə mübarizə aparırlar. Amma səhvlərdən danışanda qoy, elə kubokun Lənkəranda keçirilmiş və bu komandanın lehinə verilmiş epizodlardan da danışsın. Yəni o, belə obyektivdirsə... Tuyqun Nadirov belə obyektivdirsə, "Neftçi"nin ilk hissədə penalti istəməsini də qeyd edərdi. Hakimin hər hansı marağı və ya simpatiyası olsaydı, elə o zaman penalti təyin edərdi. Amma qaydalara uyğun olaraq, hakim tamamilə düzgün qərar verdi. Orada penaltidən söhbət gedə bilməzdi. İkinci penaltidən əvvəlki "qayda pozuntusu"na gəlincə, Tuyqun Nadirovun yadına salmaq istəyirəm ki, hərdən "Futbol oyunu qaydaları" kitabını açıb baxsın". (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail