Hacı Əliyev bürünc uğrunda erməniyə qalib gəldi, Həsənov finalda uduzdu

10.03.2016 | 2587 dəfə oxunub

Latviyanın paytaxtı Riqada təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir. Stadium.Az xəbər vevrir ki, yarışın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb.

Təmsilçilərimiz günü biri bürünc və biri gümüş olmaqla, iki medalla başa vurub.

Sərbəst güləş, Qadınlar

55 kq 
İlk mərhələdən azad olan Alyona Kolesnik 1/4 finalda Simona Prikob (Rumıniya) ilə gücünü yoxlayıb. O, startdaca məğlubiyyətə üzülüb. Rəqib 6:0 hesabı ilə qalib gəlib.

Kişilər

61 kq 
İkiqat dünya çempionumuz Hacı Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk cəhdində litvalı Şarinas Yurkislə gücünü yoxlayıb və qələbə qazanmaqda çətinlik çəkməyib - 11:0. Əliyev 1/4 finalda bolqarıstanlı Vladimir Dubovu da xalçaya çıxmağa peşman edib və yenə də eyni hesabla qalib gəlib. Təmsilçimiz finala gedən yolda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə qarşılaşıb. Təəssüf ki, Hacı uğurlu seriyasını davam etdirə bilməyib. O, bürünc medal uğrunda ermənistanlı Valodya Franqulyanla qarşılaşıb. Güləşçimiz rəqibini 7:0 hesabı ilə darmadağın edərək, bürünc medal qazanıb.

74 kq 
İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənovun da ilk qarşılaşması 1/8 finala təsadüf edib. Yakob Maxaraşvili (Gürcüstan) ilə güləşən həmyerlimiz qonşu ölkə təmsilçisinə heç bir şans verməyərək, mərhələ adlayıb. O, 1/4 finalda da inamlı təsir bağışlayıb və Giya Çixladzeni (Ukrayna) xalçadan kənarlaşdırıb. İdmançımız 1/2 finalda Miroslav Kirovla (Bolqarıstan) mübarizə aparıb. Bu rəqib də güləşçimiz üçün keçilməz olmayıb. Cəbrayıl təmiz qələbə sayəsində adını finala yazdırıb. O, qızıl uğrunda Sönər Dəmirtaşla (Türkiyə) görüşdə isə mübarizəni uduzub. Pəhləvanımız döşəyi 1:2 hesablı məğlubiyyətlə tərk edərək, ikinciliklə barışmalı olub.Y

Yığmamızın üzvləri 2 yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) bürünc medal qazanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail