Tuyqun Nadirov: "İndiki Hakimlər Komitəsi AFFA-ya ləkədi"

11.03.2016 | 5115 dəfə oxunub

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovla AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov arasındakı “söz atışması” davam edir. Stadium.Az xəbər verir ki, qarşılıqlı ittihamlar davam edərkən son açıqlama Tuyqun Nadirovdan gəlib. Xaqani Məmmədovun ittihamlarına cavab olaraq Nadirov belə danışıb:

“Neftçi” ilə oyundakı hakim səhvləri ilə bağlı hazırladığımız videonu hamı gördü. Belə olmaz. Gənc oyunçularda indidən futbola nifrət yaratmaq düzgün deyil. Hakimin qərarları ümumi nəticəyə təsir edir. Bu qədər azarkeşi olan, Azərbaycan futbolunun inkişafına xidmət edən kluba qarşı belə davranmaq olmaz.

Olmayan halda, rəqibin lehinə 11 metrlik cərimə zərbəsi verilirsə, deməli, hakim bizə qarşı açıq-aşkar qərəzli idi. Hakimin ədalətsizliyi, Hakimlər Komitəsinin rəhbərinin etdiyi artistlik, bu kimi səviyyəsiz fəaliyyəti AFFA və PFL-in futbolda gördüyü işləri nüfuzdan salır.

Xaqaninin nəyə görə məni qınadığını bilmirəm. Onun “səviyyəli” müsahibələrinə şərh vermək istəmirəm. Klubumuz video-roliklə sübut etdi ki, Xaqani Məmmədovun hakimləri “Xəzər Lənkəran”a qarşı ədalətsizlik ediblər, qərəzli davranıblar. Onun mənə qarşı nəsə ittihamı varsa, buyursun, sübut etsin. Görək sübut edə bilirmi? Xaqani Məmmədov və onun hakimləri Azərbaycan futboluna ləkədi, ləkə. Bütünlüklə indiki Hakimlər Komitəsi AFFA-ya ləkədi.


Konfransda futbolun strateji məsələlər həll olunacaq. Xaqani Məmmədovu orda müzakirə etmək onun üçün şərəf olar. Dəfələrlə vurğulamışam ki, Rövnəq Abdullayev futbolda çox böyük işlər görüb. O, assosiasiyaya gəldiyi gündən dəyişikliklər baş verib, böyük addımlar atılıb, Dövlət Proqramının həyata keçirilməsində rolu olub, Peşəkar Futbol Liqası (PFL) yaradılıb. Ancaq Hakimlər Komitəsinin fəaliyyəti futboldakı xidmətləri nüfuzdan salır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail