Hacı Əliyev: "Bir yumruqla ermənini başa saldım"

11.03.2016 | 3656 dəfə oxunub

Latviyanın paytaxtı Riqada təşkil olunan Avropa Çempionatında 61 kq. çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev çıxışını dəyərləndirib.

Stadium.Az xəbər verir ki, 25 yaşlı pəhləvan Vladimer Xinçeqaşvili ilə qarşılaşmada məğlubiyyəti öz səhvi ilə əlaqləndirib: "Gürcüstan təmsilçisinə uduzduğum yarımfinal görüşündə taktiki səhvlərə yol verdim. Görüşü düzgün qurmadım. Ona görə də məğlub oldum".

Əliyev erməni Valodya Franqulyanla bürünc medal uğrunda görüşündən də danışıb: "Erməni idmançı ilə bir dəfə də qarşılaşmışdım və qalib gəlmişdim. O, bu dəfə məni udmaq istəyirdi. Şükür Allaha, izn vermədim ki, qalib gəlsin. Amma xalça üzərində məğlub olarkən, güləşə zidd hərəkətlər edir, altdan-altdan yumruq atırdı. Sona yaxın mən də bir yumruqla başa saldım ki, bu, güləşdir. Mübahisə, xalça üzərində belə şeylər olur. Amma çox sevinirəm ki, yenə düşmənimizə - erməni idmançısına qalib gəldim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail