"Qəbələ" yenidən "Zirə" üçün başlayıb

12.03.2016 | 3383 dəfə oxunub

Premyer Liqasının XXV turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir. Goal.Az xəbər verir ki, paytaxt təmsilçisi ilə martın 9-da keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan (5:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” bu gün növbəti hazırlığını keçib.

“Zirə” ilə kubok matçının ertəsi gün olduğu kimi yenə yalnız son görüşdə iştirak etməyənlərin məşqi yaşıl meydanda baş tutub. 2 gün öncə komandanın qələbəsində pay sahibi olanlar isə dünən bərpaedici məşqlə kifayətlənib, bu gün isə fiziki hazırlıq keçib.

“Qəbələ”nin oyunöncəsi son məşqi sabah baş tutacaq. Qəbələ şəhər stadionundakı hazırlıq prosesi saat 17:30-da başlayacaq. 

Komandanın məşqi tam heyətlə keçəcək.

“Qəbələ” – “Zirə” qarşılaşması martın 13-ü saat 15:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail