"Kim daha hazırlıqlıdısa, ona da şans verilir"

12.03.2016 | 4804 dəfə oxunub

“Rəqibin kimliyinin fərqi olmamalıdır. Liderlərə qarşı necə hazırlaşırıqsa, aşağı pillələrdə gedən komandalara da qarşı o cür məşq etməliyik”.

Stadium.Az xəbər verir ki, bu söözləri “Kəpəz”in futbolçusu Tural Nərimanov  Topaz Premyer Liqanın 25-ci turunda “Xəzər Lənkəran”la oyun öncəsi klubun saytına deyib.

O, komandada əhval-ruhiyyənin  yaxşı olduğunu bildirib: "Həvəslə məşq edirik. Plan üzrə hazırlaşırıq. İnşallah, doğma meydanda qələbə qazanıb, azarkeşlərimizi sevindirərik”.

T.Nərimanov  cəza səbəbindən Lənkəran təmsilçisi ilə matçı buraxacaq Şəhriyar Rəhimov və Şəhriyar Əliyev haqda da danışıb:

“Hər ikisi komandanın əsas oyunçularıdır, onların meydanda olmaması oyunumuza təsir edə bilər. Əgər baş məşqçimiz şans versə, oynamağa hazıram. Cinahlarda yox, əsasən müdafiənin mərkəzində çıxış etmişəm. Məşqçilər hansı mövqedə desə, orada oynamağa hazır olmalıyıq”.

“Kəpəz”in heyətində mərkəz müdafiəçisi mövqeyində dörd futbolçu oynayır. Məşqçilər heyəti Tərlan Quliyev və Şəhriyar Əliyev əsas heyətdə yer verirsə, Nərimanovla Azad Kərimov ara-sıra meydanda görünür:

“Rəqabət nə qədər çox olarsa, ümumi işimizə bir o qədər xeyir dəyər, inkişaf olar. Dördümüz də çalışırıq ki, məşqlərdə özümüzü yaxşı tərəfdən göstərək. Kim daha hazırlıqlıdısa, ona da şans verilir. Həmin futbolçu da özünü doğrultmalıdır. Mərkəz müdafiəçilərinin çoxluğu həm komandaya, həm də bu mövqedə oynayan futbolçulara müsbət təsir edir” - deyə o bildirib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail