Daha bir qızıl Mərakeşdən gəldi

14.03.2016 | 3053 dəfə oxunub

Mərakeşin Kasablanka şəhərində cüdo üzrə Afrika açıq çempionatına yekun vurulub. Stadium.Az xəbər evrir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Belə ki, cüdoçularımız mötəbər turnirdə 3 medal qazanıblar.

100+ kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri ilk qarşılaşmasında Mərakeş təmsilçisi Mustafa Abdellaouiniye qalib gelerek yarımfinala adlayıb. Yarımfinalda rusiyalı cüdoçu Stepan Sarkisyani meglub edən təmsilçimiz finala yüksəlib. Həlledici qarşılaşmada Fransa cüdoçusu Sedrik Medeufu üzerinde qelebe qazanan Kokauri qızıl medala sahib olub.

90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədeli Mehdiyev yarımfinala gedən yolda italiyalı Covanni Karollo və polşalı Patrik Çexomski üzərində qələbə qazanıb. Yarımfinalda Slovakiya təmsilçisi Milan Randla qalib gəlib. Lakin finalda Əlcəzair cüdoçusu Abderrəhman Benamadiyə uduzaraq gümüş medal qazanıb.

90 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Ramin Qurbanov ardıcıl olaraq polşalı Piotr Kuçzeranı və ispaniyalı Pedro Qonzales məğlub edib. Yarımfinalda Əlcəzair cüdoçusu Abderrəhman Benamadiyə uduzsa da, bürünc medal uğrunda görüşdə polşalı rəqibi Patrik Çexomskiyə qalib gəlib.

81 kq çəki dərəcəsində mübarizə aparan Elvin Əhmədli turnirdə 7-ci olub.

Digər cüdoçularımız Rüstəm Alimli, Ziya Namazov (hər ikisi 81 kq) və Cəlili Şükürov (100 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, Azərbaycan milli komandası Mərakeşin Kasablanka şəhərində keçirilmiş cüdo üzrə Afrika açıq çempionatında çıxışına 3 medal (1 qızıl, 1 gümüş və 1 bürünc) qazanaraq yekun vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail