Argentinada ikinci medal

14.03.2016 | 3239 dəfə oxunub

Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına yekun vurulub.

Stadium.az xəbər verir ki, mötəbər turnirdə Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şahin Qəhrəmanov avstraliyalı Dieqo Baretto və argentinalı Mariano Bertolottini məğlub edərək 1/4 finala yüksəlib. Lakin1/4 finalda Rusiya təmsilçisi Kiril Denisova məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə meksikalı İsao

Kardenasa qalib gələn Qəhrəmanov bürünc medal uğrunda görüşdə komanda yoldaşı Tural Səfquliyevlə qarşılaşıb. Səfquliyevi də məğlub edən Şahin Qəhrəmanov bürünc medala sahib olub.

Cüdo üzrə Panamerika açıq çempionatında Əbdülhəqq Rəsullu (81 kq) və Tural Səfquliyev (90 kq) 5-ci olublar.

Digər cüdoçumuz Hüseyn Rəhimli (81 kq) isə mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, yarışın birinci günü 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli qızıl medala sahib olub.

Bununla da, Azərbaycan milli komandası Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatında çıxışına 2 medal (1 qızıl və 1 bürünc) qazanaraq yekun vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail